Ordu.az xəbər verir ki, o, 2019-cu ilin iyulunda Ermənistan ordusuna çağrılıb və Cəbrayılda qulluq edib.
Məhv edilmiş erməni hərbi qulluqçunun atası Qaqik Boğaryanın sözlərinə görə, oğlunun cəsədini atəşkəsdən 73 gün, Hakobun ölümündən isə təxminən 3 ay sonra gətirə biliblər.
“Mən onu bədən, baş, diş quruluşundan tanımışam. Dekabrın 19-da Yerablurda Hakobu basdırdıq. Təsəvvür edirsiniz, oğlumun cəsədini tanımışam və onu ötən ilin dekabrında dəfn etmişik, DNT cavabı isə çox gec, təxminən iki ay əvvəl gəlib. Bütün bunların necə dəhşətli olduğunu başa düşürsünüz? Yalnız biz bilirik ki, nə hiss etmişik və nə hiss edirik”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun atası bildirib.
Alpər Mövludoğlu
Ordu.az