Erməni “silah baronu” ətrafında qalmaqal səngimir

2021/11/f123g-1638180437.jpg
Oxunub: 585     10:12     30 Noyabr 2021    
Nikol Paşinyan Ermənistana silah tədarük edən şirkətin rəhbəri Davit Qalstyandan (Patron Davodan) anti-qəhrəman yarada bilmədi və hazırda cinayət işini qəsdən yatızdırırlar, Qalstyan və digərlərini isə həbsdə saxlayırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “oragir.live” nəşri yazıb.

Müəllif xatırladıb ki, Qalstyan, Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan və başqa şəxsləri keyfiyyətsiz və vaxtı keçmiş raketlər almaqda, Ermənistana 4,7 milyon dollar ziyan vurmaqda ittiham edirlər.

“Bu yaxınlarda mətbuat yazdı ki, Qalstyanın vəkilləri raketlərin tamamilə keyfiyyətsiz və vaxtı keçmiş olmadığı, silah tədarükçüsünü isə qanunsuz şəkildə həbsdə saxladıqları ilə bağlı təkzibolunmaz faktlar təqdim ediblər”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Nikol Paşinyan absurd ittihamlarla öz məsuliyyətini və günahını silah təchizatçısının, keçmiş müdafiə nazirinin və digər yüksək rütbəli erməni hərbçilərin üzərinə atmağa çalışıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Həbs  


Erməni “silah baronu” ətrafında qalmaqal səngimir

2021/11/f123g-1638180437.jpg
Oxunub: 586     10:12     30 Noyabr 2021    
Nikol Paşinyan Ermənistana silah tədarük edən şirkətin rəhbəri Davit Qalstyandan (Patron Davodan) anti-qəhrəman yarada bilmədi və hazırda cinayət işini qəsdən yatızdırırlar, Qalstyan və digərlərini isə həbsdə saxlayırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “oragir.live” nəşri yazıb.

Müəllif xatırladıb ki, Qalstyan, Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan və başqa şəxsləri keyfiyyətsiz və vaxtı keçmiş raketlər almaqda, Ermənistana 4,7 milyon dollar ziyan vurmaqda ittiham edirlər.

“Bu yaxınlarda mətbuat yazdı ki, Qalstyanın vəkilləri raketlərin tamamilə keyfiyyətsiz və vaxtı keçmiş olmadığı, silah tədarükçüsünü isə qanunsuz şəkildə həbsdə saxladıqları ilə bağlı təkzibolunmaz faktlar təqdim ediblər”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Nikol Paşinyan absurd ittihamlarla öz məsuliyyətini və günahını silah təchizatçısının, keçmiş müdafiə nazirinin və digər yüksək rütbəli erməni hərbçilərin üzərinə atmağa çalışıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Həbs  


Bizi "telegram"da izləyin