Əli Nağıyev: “Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sistemi formalaşdırılıb”

2021/11/61a22-1638022214.jpg
Oxunub: 917     16:55     27 Noyabr 2021    
“Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sistemi formalaşdırılıb”.

Ordu.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev İtaliya Respublikasının Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Xidmət rəisi beynəlxalq müstəvidə ölkələrimizin daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Ə. Nağıyev transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İtaliya   DTX-rəisi  


Əli Nağıyev: “Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sistemi formalaşdırılıb”

2021/11/61a22-1638022214.jpg
Oxunub: 918     16:55     27 Noyabr 2021    
“Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sistemi formalaşdırılıb”.

Ordu.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev İtaliya Respublikasının Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Xidmət rəisi beynəlxalq müstəvidə ölkələrimizin daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Ə. Nağıyev transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İtaliya   DTX-rəisi  


Bizi "telegram"da izləyin