XİN başçısı: "Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir"

2021/11/w_161-1638014594.jpg
Oxunub: 843     15:46     27 Noyabr 2021    
"Əfqanıstanda davamlı sülh aktual məqsəd olaraq qalır".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, region ölkəsi kimi və bizim Əfqanıstan xalqı ilə mövcud olan sıx tarixi və dini bağlarımıza görə Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir.

"Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin edilməli, onun etnik cəhətdən müxtəlif əhalisinin sülh şəraitində birgə yaşayışını təmin edən siyasi transformasiya üçün lazımi şərait yaradılmalıdır" - C.Bayramov əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   İƏT   XİN  


Bizi "telegram"da izləyin