“Past”: Üçtərəfli görüş İlham Əliyev ilə görüşdən sonra baş tutub

2021/11/444-1638008678.jpg
Oxunub: 823     15:26     27 Noyabr 2021    
Ötən gün Soçidə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“Maraqlıdır ki, İlham Əliyev ilə görüşdən sonra üçtərəfli görüş baş tutub, yalnız bundan sonra Rusiya Prezidentinin Paşinyanla ayrıca görüşü olub. Görüşdə həm Qarabağ məsələsi, həm də Ermənistan-Azərbaycan sərhədi məsələlərinin həlli ilə bağlı məsələlər müzakirə olunub. Üçtərəfli görüşdə Paşinyan qısaca Qarabağ münaqişəsinin həllinə toxunaraq bunun ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində baş tutmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan rəsmiləri arasında birbaşa təmaslar vurğulanır ki, bu da o qədər də yaxşı olmayan nüanslar fonunda müsbət haldır. Rusiya Prezidenti Qarabağdakı problemlərə toxunaraq qeyd edib ki, hazırda Qarabağda dinc həyat üçün şərait yaradılır. Putin həmçinin ümidini bildirib ki, yaxın vaxtlarda Qarabağın dirçəlişinə imkanlar yaradacaq nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul ediləcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi   İlham-Əliyev  


“Past”: Üçtərəfli görüş İlham Əliyev ilə görüşdən sonra baş tutub

2021/11/444-1638008678.jpg
Oxunub: 824     15:26     27 Noyabr 2021    
Ötən gün Soçidə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“Maraqlıdır ki, İlham Əliyev ilə görüşdən sonra üçtərəfli görüş baş tutub, yalnız bundan sonra Rusiya Prezidentinin Paşinyanla ayrıca görüşü olub. Görüşdə həm Qarabağ məsələsi, həm də Ermənistan-Azərbaycan sərhədi məsələlərinin həlli ilə bağlı məsələlər müzakirə olunub. Üçtərəfli görüşdə Paşinyan qısaca Qarabağ münaqişəsinin həllinə toxunaraq bunun ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində baş tutmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan rəsmiləri arasında birbaşa təmaslar vurğulanır ki, bu da o qədər də yaxşı olmayan nüanslar fonunda müsbət haldır. Rusiya Prezidenti Qarabağdakı problemlərə toxunaraq qeyd edib ki, hazırda Qarabağda dinc həyat üçün şərait yaradılır. Putin həmçinin ümidini bildirib ki, yaxın vaxtlarda Qarabağın dirçəlişinə imkanlar yaradacaq nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul ediləcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi   İlham-Əliyev  


Bizi "telegram"da izləyin