“Gec və ya tez bu, müharibəyə gətirib çıxaracaq” – Vazgen Manukyan

2021/11/5fg45-1638008792.jpg
Oxunub: 13500     16:21     27 Noyabr 2021    
“Söhbət yalnız bir kommunikasiyadan gedir - Türkiyənin və türkdilli xalqların əsrlər boyu olan arzusunu həyata keçirməyə imkan vermək, Türkiyəni birləşdirmək, Orta Asiya və Çinə qədər aparmaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bu problemi həll edir, bu problem Ermənistanın bütün milli maraqlarına uyğun deyil.

“Bəli, yol adı altında dəhliz istəyirlər. Bundan başqa, bu, Ermənistanı blokadadan azad etmir”, - deyə Manukyan qeyd edib.

O bildirib ki, Paşinyan Ermənistanı dağıdıcı müharibəyə aparır.

“Gec və ya tez bu, müharibəyə gətirib çıxaracaq. Nikol Paşinyan daim sülhdən danışaraq Ermənistanı dağıdıcı müharibəyə aparır”, - deyə Manukyan vurğulayıb.

Sabiq erməni Baş nazirin sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti xalq üçün yad hakimiyyətdir və heç bir şey edə bilməz.

“Hazırda Cənubi Qafqazda və bizim sərhədlərimizdə hökm sürən bu vəziyyət sabit vəziyyət deyil”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vazgen-Manukyan  


“Gec və ya tez bu, müharibəyə gətirib çıxaracaq” – Vazgen Manukyan

2021/11/5fg45-1638008792.jpg
Oxunub: 13501     16:21     27 Noyabr 2021    
“Söhbət yalnız bir kommunikasiyadan gedir - Türkiyənin və türkdilli xalqların əsrlər boyu olan arzusunu həyata keçirməyə imkan vermək, Türkiyəni birləşdirmək, Orta Asiya və Çinə qədər aparmaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bu problemi həll edir, bu problem Ermənistanın bütün milli maraqlarına uyğun deyil.

“Bəli, yol adı altında dəhliz istəyirlər. Bundan başqa, bu, Ermənistanı blokadadan azad etmir”, - deyə Manukyan qeyd edib.

O bildirib ki, Paşinyan Ermənistanı dağıdıcı müharibəyə aparır.

“Gec və ya tez bu, müharibəyə gətirib çıxaracaq. Nikol Paşinyan daim sülhdən danışaraq Ermənistanı dağıdıcı müharibəyə aparır”, - deyə Manukyan vurğulayıb.

Sabiq erməni Baş nazirin sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti xalq üçün yad hakimiyyətdir və heç bir şey edə bilməz.

“Hazırda Cənubi Qafqazda və bizim sərhədlərimizdə hökm sürən bu vəziyyət sabit vəziyyət deyil”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vazgen-Manukyan  


Bizi "telegram"da izləyin