“Dejavü”: Zəngəzur məsələsi Qarabağ ssenarisində

2020/06/44-1592036113.jpg
Oxunub: 2937     16:40     27 Noyabr 2021    
“Bir il əvvəl ilə bu günlərin oxşarlığını qəbul edirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının üzvü Eduard Şarmazanov bildirib.

Şarmazanov deyib ki, Paşinyanla ilk görüşdə onu Qarabağ məsələsinin həlli ilə bağlı əvvəlki hakimiyyətinin qoyub getdiyi irsdən imtina etməkdə, bunun əslində müharibəyə gətirib çıxarmasında ittiham edib.

Onun sözlərinə görə, Paşinyanın Ermənistan daxilində təşkil etdiyi bənzər görüşlərin məqsədi bir olub: “Cavabdeh xadim olmadığından dara düşəndə cəmiyyətdə belə bir fikir yaratmaq istəyir ki, mən hamı ilə görüşmüşəm, onlara da demişəm, sirr saxlamamışam. Əslində isə gizli saxlayıb”.

Ermənistan parlamentinin Çiçəklənən Ermənistan Partiyasından olan keçmiş deputatı Arman Abovyan da dejavü hissinə sahib olduğunu bildirib.

“Belə bir təəssürat var ki, dövlət aparatı vəziyyətin effektiv həllini tapmaq üçün maksimum adamları cəlb etməyə çalışır. Amma problem odur ki, hansı vəziyyət, hansı həll yolu, söhbət nədən gedir? Bu barədə danışmaq lazımdır”, - deyə o qeyd edib.

Abovyan iddia edir ki, bir il əvvəl Ermənistan Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasları zamanı Nikol Paşinyan heç vaxt “uduzacağıq” deməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zəngəzur   Qarabağ  

“Dejavü”: Zəngəzur məsələsi Qarabağ ssenarisində

2020/06/44-1592036113.jpg
Oxunub: 2938     16:40     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin