ABŞ DD-nin nümayəndəsi xüsusi tapşırıqla bölgəyə gəlib

2021/07/ssas-1626428863.jpg
Oxunub: 796     16:12     27 Noyabr 2021    
Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslərə paralel olaraq onlardan irəli gələn, onlarla birbaşa əlaqəli olan və daxili siyasi reallıqlarla da birbaşa bağlı olan müəyyən proseslər baş verir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Qeyd olunub ki, bu yaxınlarda ABŞ Dövlət Departamentindən nümayəndə xüsusi tapşırıqla bölgəyə gəlib.

“Səfərin əsas məqsədi yaxın gələcəkdə gözlənilən regional geosiyasi dəyişikliklər, eləcə də yeni reallıqlarla əlaqədar qondarma “amerikayönümlü”, ümumi mənada isə “qərbyönümlü” siyasi və ictimai dairələrlə ayrıca görüşlər keçirmək olub. Məlumatımız var ki, bu görüşlər Ermənistanda kifayət qədər intensiv xarakter daşıyıb və “təqdim oluna bilən” çərçivəni əhatə edib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Amerika “emissar”ı bir neçə ictimai təşkilat nümayəndəsi ilə bir sıra görüşlər keçirib və müvafiq “instruktaj”ı edib.

Nəşrin məlumatına görə, diplomat Ermənistan XİN-ə də qeyri-rəsmi səfər edib və ən yüksək səviyyədə kifayət qədər uzun görüş keçirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Region  

ABŞ DD-nin nümayəndəsi xüsusi tapşırıqla bölgəyə gəlib

2021/07/ssas-1626428863.jpg
Oxunub: 797     16:12     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin