Paşinyan Putinin “zeytun budağı”nı radikal müxalifətə qarşı tətbiq edə biləcək? – BAXIŞ BUCAĞI

2021/11/455-1638009015.jpg
Oxunub: 3352     16:30     27 Noyabr 2021    
Soçidə keçirilən üçtərəfli görüşün sonunda Rusiya prezidenti Putin Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana simvolik, suvenir zeytun budaqları hədiyyə edərək onların sülh və firavanlıq rəmzi olduğunu deyib və görüşdə əldə olunan razılaşmaların daha da yaxşı olacağına ümid etdiyini bildirib.

Bəs, məsələn, onlar yerinə yetirilməsə, erməni tərəfi əldə olunmuş razılaşmanı pozarsa, Putin nə edəcək? Məsələn, strateji müttəfiqi olan Ermənistan Azərbaycan sərhədindəki hücumlarla vəziyyəti sabitsizləşdirməyə davam edərsə, nə olacaq?..

Təbii ki, vəziyyət xeyli mürəkkəbdir, ona görə də birmənalı qiymətləndirmələr və nəticələr bütövlükdə reallığa o qədər də yaxın olmaya bilər, lakin açıq-aydın görünür ki, Soçi görüşündə Rusiya öz mövqeyini daha da artırıb.

Digər tərəfdən, Putin, belə demək mümkünsə, məsuliyyətdən çıxmaq üçün kifayət qədər inamı olmasaydı, məsuliyyəti belə vurğulayardımı? Onun buna getməyəcəyi güman edilir. İstənilən halda, vəziyyətin risklərin həddən artıq yüksək olduğu mərhələyə yaxınlaşdığı göz qabağındadır və beləliklə, iştirakçı tərəflərin müqaviməti son dərəcə vacib hala gəlir. Bunun fonunda ictimai-siyasi dövriyyənin hansı əhval-ruhiyyə və məzmuna sahib olacağı, Ermənistanda ab-havanın necə olacağı çox vacibdir, çünki Ermənistanda daxili iqtisadi proseslərin necə olacağı çox önəmlidir. Başqa sözlə desək, Ermənistanda istənilən daxili sabitliyi pozmağa çalışan, çəkişməli müxalifətin olması rəsmi İrəvan üçün olduqca problemlidir. Bunu Paşinyan da başa düşür və ola bilər buna qarşı addımlar atsın.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Putin  

Paşinyan Putinin “zeytun budağı”nı radikal müxalifətə qarşı tətbiq edə biləcək? – BAXIŞ BUCAĞI

2021/11/455-1638009015.jpg
Oxunub: 3353     16:30     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin