Ermənistanda 102-ci hərbi bazanın işçisi adı altında fırıldaqçılıq edilib

2021/11/789gh-1638007971.jpg
Oxunub: 568     15:28     27 Noyabr 2021    
Ermənistanda Karine Muradyan adlı şəxsə qarşı ittiham irəli sürülüb ki, o, Paylak Hraç Levonyanın külli miqdarda qiyməti olan əmlakını fırıldaqçılıqla, etimad yaratmaq yolu ilə mənimsəmək niyyəti ilə Paylak Levonyana yalan məlumatlar təqdim edib ki, guya Ermənistanın Şirak vilayətinin Gümrüə şəhərində yerləşən Rusiya Federasiyasının 102-ci hərbi bazasında işləyir.

Ordu.az xəbər verir ki, Karine Muradyan özü tərəfindən təklif olunacaq sövdələşməni həyata keçirməyin mümkünlüyü məsələsində Paylak Levonyanın etimadını qazanıb və bundan sui-istifadə edib, niyyətini başa çatdırmaq məqsədilə saxta məlumatlar təqdim edib.

Karine Muradyan bildirib ki, guya Paylak Levonyanın oğlu Samvel Levonyan üçün Rusiyanın Moskva şəhərində və qızı Alvard Levonyan üçün İrəvan şəhərində münasib qiymətə, qanuni əsaslarla Rusiyanın 102-ci hərbi bazasına məxsus olan mənzilləri ala bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   102-ci-baza  


Ermənistanda 102-ci hərbi bazanın işçisi adı altında fırıldaqçılıq edilib

2021/11/789gh-1638007971.jpg
Oxunub: 569     15:28     27 Noyabr 2021    
Ermənistanda Karine Muradyan adlı şəxsə qarşı ittiham irəli sürülüb ki, o, Paylak Hraç Levonyanın külli miqdarda qiyməti olan əmlakını fırıldaqçılıqla, etimad yaratmaq yolu ilə mənimsəmək niyyəti ilə Paylak Levonyana yalan məlumatlar təqdim edib ki, guya Ermənistanın Şirak vilayətinin Gümrüə şəhərində yerləşən Rusiya Federasiyasının 102-ci hərbi bazasında işləyir.

Ordu.az xəbər verir ki, Karine Muradyan özü tərəfindən təklif olunacaq sövdələşməni həyata keçirməyin mümkünlüyü məsələsində Paylak Levonyanın etimadını qazanıb və bundan sui-istifadə edib, niyyətini başa çatdırmaq məqsədilə saxta məlumatlar təqdim edib.

Karine Muradyan bildirib ki, guya Paylak Levonyanın oğlu Samvel Levonyan üçün Rusiyanın Moskva şəhərində və qızı Alvard Levonyan üçün İrəvan şəhərində münasib qiymətə, qanuni əsaslarla Rusiyanın 102-ci hərbi bazasına məxsus olan mənzilləri ala bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   102-ci-baza  


Bizi "telegram"da izləyin