Türkiyə zirehli amfibiya hücum vasitəsinin mina sınaqlarını tamamlayıb

2021/11/fnss--1637999700.jpg
Oxunub: 799     14:31     27 Noyabr 2021    
Türkiyənin FNSS şirkəti Zirehli Amfibiya Hücum Vasitəsinin (ZAHA) kvalifikasiya sınaqlarına davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində vitse-prezident Fuat Oktay məlumat verib.

Özünü bərpa testi və yoxlama fəaliyyətləri tamamlanan ZAHA-nın mina sınaqları da uğurla başa çatıb. Dəniz piyadalarının ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmış ZAHA-nın mühəndislik yoxlama işləri uğurla tamamlanıb.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının amfibiya zirehli maşın ehtiyaclarını qarşılamaq üçün layihə çərçivəsində satınalma işləri Müdafiə Sənayesi Komitəsi (SSB) tərəfindən həyata keçirilən Zirehli Amfibiya Hücum Vasitəsi hazırlanır. FNSS-in 23-ü personal daşıyıcı, 2-si komanda-nəzarət maşını və 2-si xilasetmə vasitəsi olmaqla cəmi 27 nəqliyyat vasitəsini təslim edəcəyi layihədə mühəndislik inkişaf etdirmə fəaliyyətləri tamamlanıb.

2021-ci ildə kvalifikasiya testlərinin başa çatdırılması və ilk məhsulun çatdırılması planlaşdırılan layihə 2022-ci ildə tamamlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ZAHA  


Türkiyə zirehli amfibiya hücum vasitəsinin mina sınaqlarını tamamlayıb

2021/11/fnss--1637999700.jpg
Oxunub: 800     14:31     27 Noyabr 2021    
Türkiyənin FNSS şirkəti Zirehli Amfibiya Hücum Vasitəsinin (ZAHA) kvalifikasiya sınaqlarına davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində vitse-prezident Fuat Oktay məlumat verib.

Özünü bərpa testi və yoxlama fəaliyyətləri tamamlanan ZAHA-nın mina sınaqları da uğurla başa çatıb. Dəniz piyadalarının ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmış ZAHA-nın mühəndislik yoxlama işləri uğurla tamamlanıb.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının amfibiya zirehli maşın ehtiyaclarını qarşılamaq üçün layihə çərçivəsində satınalma işləri Müdafiə Sənayesi Komitəsi (SSB) tərəfindən həyata keçirilən Zirehli Amfibiya Hücum Vasitəsi hazırlanır. FNSS-in 23-ü personal daşıyıcı, 2-si komanda-nəzarət maşını və 2-si xilasetmə vasitəsi olmaqla cəmi 27 nəqliyyat vasitəsini təslim edəcəyi layihədə mühəndislik inkişaf etdirmə fəaliyyətləri tamamlanıb.

2021-ci ildə kvalifikasiya testlərinin başa çatdırılması və ilk məhsulun çatdırılması planlaşdırılan layihə 2022-ci ildə tamamlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ZAHA  


Bizi "telegram"da izləyin