ABŞ Yunanıstana zirehli maşınlar hədiyyə edib

2021/11/FFHqr-1637999327.jpg
Oxunub: 1146     17:51     27 Noyabr 2021    
ABŞ-ın EDA proqramı çərçivəsində Yunanıstana 1200 ədəd M1117 zirehli maşınları tədarük ediləcək. Yunanıstana təhvil verilən ilk partiyada ümumilikdə 44 avtomobil var.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın “Ptisidiastima” müdafiə nəşri yazıb.

ABŞ-ın göndərdiyi M1117-lərin ilk partiyası daha əvvəl heç bir əməliyyatda istifadə edilməyib. Nəqliyyat vasitələrinin heç bir avadanlığının olmadığı da vurğulanıb.

Bu ilin sonuna qədər Yunanıstana ümumilikdə 450 M1117-nin təhvil verilməsi gözlənilir. Bütün avtomobillərin 2022-ci ilin aprelində Yunanıstana çatdırılması planlaşdırılır.

Yunanıstan isə EDA proqramı çərçivəsində alacağı döyüş gəmilərinin daşınması və yoxlanılması xərcləri üçün 102 milyon dollar ödəyəcək. Eyni zamanda, vasitələrdə ediləcək hər hansı dəyişikliyin ödənişi Yunanıstan tərəfindən təmin ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


ABŞ Yunanıstana zirehli maşınlar hədiyyə edib

2021/11/FFHqr-1637999327.jpg
Oxunub: 1147     17:51     27 Noyabr 2021    
ABŞ-ın EDA proqramı çərçivəsində Yunanıstana 1200 ədəd M1117 zirehli maşınları tədarük ediləcək. Yunanıstana təhvil verilən ilk partiyada ümumilikdə 44 avtomobil var.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın “Ptisidiastima” müdafiə nəşri yazıb.

ABŞ-ın göndərdiyi M1117-lərin ilk partiyası daha əvvəl heç bir əməliyyatda istifadə edilməyib. Nəqliyyat vasitələrinin heç bir avadanlığının olmadığı da vurğulanıb.

Bu ilin sonuna qədər Yunanıstana ümumilikdə 450 M1117-nin təhvil verilməsi gözlənilir. Bütün avtomobillərin 2022-ci ilin aprelində Yunanıstana çatdırılması planlaşdırılır.

Yunanıstan isə EDA proqramı çərçivəsində alacağı döyüş gəmilərinin daşınması və yoxlanılması xərcləri üçün 102 milyon dollar ödəyəcək. Eyni zamanda, vasitələrdə ediləcək hər hansı dəyişikliyin ödənişi Yunanıstan tərəfindən təmin ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Bizi "telegram"da izləyin