Çin VT5 yüngül tanklarının ilk partiyasını Banqladeşə təhvil verib

2021/11/China-1637998894.jpg
Oxunub: 1177     16:53     27 Noyabr 2021    
Çin Banqladeş ordusuna VT5 yüngül tanklarının ilk partiyasını təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “Armyrecognition” nəşri yazıb.

2019-cu ilin dekabrında dərc olunan məlumata görə, Banqladeş Müdafiə Nazirliyi ordusunun Çindən VT5 yüngül tankları sifariş etdiyini rəsmən elan edib. VT5 indi Çin ordusunun Sincan Hərbi Komandanlığı və Çin Dəniz Piyadaları tərəfindən istifadə edilir.

Bir neçə ildir ki, Çin Banqladeşə əsas döyüş tankları, o cümlədən WS-22 122 mm Yaylım Atəşli Reaktiv Sistem (YARS), FM-90 Hava Hücumundan Müdafiə (HHM) sistemləri və s. tədarük edir.

SIPRI-yə görə, 2019-cu ildə Banqladeş 44 Çin istehsalı VT5 yüngül tankı sifariş edib.

Çin ordusunda “Type 15” və ya “ZTQ-15” də adlandırılan VT5 tankları NORINCO (China North Industries Corporation) tərəfindən dizayn edilib. VT5 2016-cı ilin noyabrında “Zhuhai AirShow China” sərgisi zamanı ictimaiyyətə təqdim edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   VT5  


Bizi "telegram"da izləyin