Almaniya və İsrail şirkətləri HHM sistemi inkişaf etdirəcək

2021/11/Boden-1637823394.jpg
Oxunub: 878     12:12     04 Dekabr 2021    
Almaniyanın MBDA şirkəti quru əsaslı Hava Hücumundan Müdafiə (HHM) sistemi sahəsində əməkdaşlıq üçün İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə MBDA məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, IAI və MBDA silahlı qüvvələrin ehtiyaclarına uyğun olaraq bu kritik təhlükəsizlik seqmenti üçün birgə həll konsepsiyaları hazırlamağı planlaşdırır.

“Əməkdaşlıq hava hücumundan müdafiənin bütün sahələrini əhatə edir. Hər iki şirkətin təcrübəsi Almaniya Silahlı Qüvvələri üçün bütün spektrdə effektiv və uyğun sistem həlləri hazırlamağa kömək edir”, - deyə şirkət qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İsrail  


Bizi "telegram"da izləyin