İsrailin müdafiə sənayesinin nəhəng şirkətinin səhmlərinin bir hissəsi satıla bilər

2021/11/PDGH2-1637823117.jpg
Oxunub: 689     10:51     27 Noyabr 2021    
İsrailin dövlətə məxsus olan “Israel Aerospace Industries” (IAI) şirkəti 2022-ci ilin birinci yarısında səhmlərinin 25%-ni satacaq.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü şirkətin icraçı direktoru bildirib.

İsrailin özəlləşdirmə qurumu keçən il IAI-nin səhmlərinin 49%-ə qədərini ilkin kütləvi təklifdə satmasına icazə verib.

IAI şirkətinin üçüncü rübdə mənfəətdə cüzi artım olduğunu bildirən Boaz Levi bildirib ki, səhmlərin satılması təklifi hələ də hökumətin yekun təsdiqinə ehtiyac duyur.

İsrailin ən böyük müdafiə şirkətlərindən biri olan IAI bir il əvvəl 30 milyon dollar olduğu halda, sentyabrın 30-na kimi üç ayda 31 milyon dollar xalis mənfəət əldə edib. Satışlar 1,01 milyard dollardan 1,04 milyard dollara yüksəlib.

İlin ilk doqquz ayında ixrac üzrə satışlar ümumi satışın 73%-ni təşkil edib.

Levi bildirib ki, müdafiə büdcələri artır: “Biz dünyada çoxlu münaqişələr və yeni yanaşma və yeni imkanlar tələb edən çoxlu dəyişikliklər görürük... Biz bunun bir parçası olmağa çalışırıq”.

Keçən həftə IAI Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində yeni ofis açıb və “Boeing 777-300ER” sərnişin təyyarələrini hərbi yük təyyarələrinə çevirmək üçün 100 milyon dollarlıq müqavilə imzalanıb.

O, BƏƏ-də bir ofisin müqavilələrlə bağlı tenderə davam etmək üçün lazım olduğunu və IAI-nin BƏƏ-nin dövlət silah istehsalçısı EDGE ilə təkmil PUA-lardan müdafiə sisteminin birgə inkişafı üzərində işə başladığını söyləyib.

Razılaşmalar keçən il İsrail və BƏƏ, həmçinin Bəhreyn və Mərakeş arasında münasibətlərin normallaşmasından sonra əldə olunub.

Şirkət rəsmisi IAI-nin kosmos, hava, quru və dənizdəki məhsulları ilə BƏƏ və Körfəzdə daha çox irəliləyişlər edilə biləcəyini gözlədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   BƏƏ  

İsrailin müdafiə sənayesinin nəhəng şirkətinin səhmlərinin bir hissəsi satıla bilər

2021/11/PDGH2-1637823117.jpg
Oxunub: 690     10:51     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin