Hərbi təbabətin əsgərləri: "Cərrahi əməliyyatlarda uğurun əldə olunmasında başlıca rolu təchizat oynayırdı" (REPORTAJ)

2021/11/9420f-3275153712.jpg
Oxunub: 2443     17:26     27 Noyabr 2021    
Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Ümummilli liderimiz Heydər Əliyev daim səhiyyənin qayğısına qalırdı və qeyd edirdi ki, həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. Vətənimizin keşiyini çəkən, torpağı canından əziz bilən oğullarımızın sağlamlığını qoruyan hərbi həkimlərimiz isə daha çox hörmətə və ehtirama layiqdirlər. Hərbi həkim olmaq daha şərəfli və məsuliyyətlidir.

Bu günlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Urologiya bölməsində mövcud müalicə şəraiti ilə yaxından tanış olduq.

Bölmə rəisi tibb xidməti polkovniki İqbal Mirzəyev bizimlə söhbətində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya qayğısından, diqqətindən, həmçinin onun rəhbərliyi altında Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatlardan, hərbi səhiyyənin ən müasir tələblər səviyyəsində qurulmasından, ötən il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayıb 44 gün davam edən və işğal altındakı tarixi torpaqlarımızın azad olunması ilə başa çatan Vətən müharibəsindən danışaraq bildirdi ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini və peşəkarlığını nümayiş etdirdi.

Tibb xidməti polkovniki qeyd etdi ki, bölmə ən müasir tibbi avadanlıqlarla təmin olunub və peşəkar tibb heyəti ilə komplektləşdirilib.

- Urologiya sidik-cinsiyyət sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Uroloji xəstəliklərin diaqnostik metodlarına isə laborator müayinə, USM, instrumental endoskopik üsullar və s. daxildir ki, hospitalımızda diaqnostika və müalicə tam olaraq həyata keçirilir. Şübhəsiz ki, sivil ölkələrin qabaqcıl təcrübələrindən də bəhrələnirik. Hərbçilərin və onların ailə üzvlərinin xidmətlərində daim hazırıq.

Həkimlə söhbətdən öyrənirəm ki, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Vətənimizin müharibə şəraitində olması onu ordu sıralarına gətirib. 1994-cü ildən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xidmətdədir. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşən oğulların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçib. Həkimlik peşəsinə marağı hələ uşaq yaşlarından yaranıb. Tibb xidməti polkovnikinin atası da hərbi həkim olub. Dövlətimiz müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Ordusunun ilk hərbçi həkimlərinin sırasında yer alıb. Həmçinin anası da bu xeyirxah peşənin nəcib nümayəndəsi - həkim olub. Dəfələrlə valideynlərinə yaxınlaşıb minnətdarlıq edən, sağlamlıqlarına görə onlara borclu olduqlarını söyləyən insanların gözlərindəki sözlərlə ifadə olunmayan sevgi və xeyirxahlıq hissləri bir yeniyetmənin peşə seçimində həlledici rol oynamaya bilməzdi...

Gülhanə Hərbi Tibb Akademiyasında 2009-2010-cu illərdə təkmilləşdirmə kursu keçən həkim 2010-2011-ci illərdə Əfqanıstanda hərbi bazanın uroloq cərrahı kimi xidmət edib. Ölkə daxilində və xaricində keçirilən konfranslarda, sinpoziumlarda davamlı olaraq iştirak edib.

Vətən müharibəsində həkimlərimiz 24 saat fəaliyyətdə olublar. Urologiya bölməsi də növbəli şəkildə ön xəttə ezam olunaraq xidmətlərinə orada davam edib.

İqbal həkim dedi ki, Vətən müharibəsində Tibb İdarəsinin rəhbərliyi tibbi təminatın, tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşunu və müharibə zamanı onların tətbiqi üsullarını hərbi təbabətin iştirakını müəyyən edən qanunauyğunluğa əsasən təşkil etmişdi. "Həmçinin hospitala çatdırılan yaralılar üzərində aparılan cərrahi əməliyyatlarda uğurun əldə olunmasında başlıca rolu təchizat oynayırdı. Buna görə müdrik, uzaqgörən dövlət başçımıza, ordu və tibb xidməti rəhbərliyinə minnətdarıq. Biz ən müasir avadanlıqlarla hərtərəfli təmin olunmuşuq".

Tanrıya ən yaxın insanlardı həkimlər. İnsanların sağlamlığının, şəfasının, şəfqətinin cəfakeşləridi onlar...

Urologiya bölməsinin ordinatoru tibb xidməti mayoru Emin Səfərov da bu bölmədə çalışır. 2004-cü ildə Hərbi Tibb fakültəsini bitirdikdən sonra ön xətt hərbi hissələrindən birində xidmətə başlayıb. Cərrahiyyə ixtisası üzrə kurs keçdikdən sonra - 2007-ci ildən Baş Klinik Hospitalda əməliyyat bölməsinin ordinatoru kimi xidmətini davam etdirib. Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında ixtisasartırma, 2013-2016-cı illərdə Gülhanədə urologiya üzrə kurs keçib.

Tibb xidməti mayoru Vətən müharibəsində sentyabrın 27-dən oktyabrın 15-nə kimi döyüş bölgəsində, daha sonra isə Baş Klinik Hospitalda yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşmaları üçün əlindən gələni əsirgəməyib. O günlərdən söz düşəndə Emin həkim dedi ki, həkimlik sənəti də özünəməxsus qəhrəmanlıq, hünər tələb edir. Həkimin gücü onun ürəyindədir, inam isə ən güclü dərmandır. Vətən müharibəsində bura sonsuz sevinc və sevgi də əlavə olunubdu. Vətənsevərlər Ali Baş Komandanın döyüş əmrinə illərdir müntəzir idilər. O gün yetişdiyində isə hər bir kəs öz sahəsində, həkimlər də təbabətimizlə birgə döyüşlərə atıldı. Böyük Qələbə bu döyüşçülərin sayəsində qazanıldı.

Çöhrəsində nur, mərhəmət, baxışlarında xeyirxahlıq və qayğıkeşlik işartıları, sevincə qarışan sevgi... Emin həkim Qubadlıya sonuncu dəfə yeddi yaşında gedib. Hər il yayı Həkərinin sahilində oynamaq, Əliquluuşağı kəndindəki əzizlərinə baş çəkmələrini səbirsizliklə gözləyirdi. İllərdir doğma yurd-yuvalarına qayıdacaqları günün xəyalı ilə yaşadı. Bu dəfə isə o, əcdadlarının ruhu dolaşan doğma yurduna oğlu Rövşən, qızı Mirayla birlikdə gedəcək...

Emin həkim söhbətində ölkəmizdə və xarici dövlətlərdə iştirak etdiyi konfransların onların peşə hazırlığının yüksəlməsinə zəmin yaratmasından, həkimlik sənətinin daim öyrənməyi, təkmilləşməyi və müasir üsullar axtarmağı tələb edən bir peşə olmasından danışdı. Otağındakı diplomlar, fəxri fərmanlar, Gülhanə Tibb Akademiyasında uğurla başa vurduğu kursların sertifikatları da diqqəti cəlb edir.

Söhbətimiz zamanı müraciət edən xəstələrə mehriban, səmimi davranışı da nəzərdən qaçmır. Düşünürəm ki, yaxşı bir həkim olmaq üçün elmli, bilikli olmaqla yanaşı, həm də yüksək əxlaqi dəyərlərə sahib olmalısan. Çünki mənəvi dəyərlərə sahib olmayan bir insan heç zaman yaxşı həkim ola bilməz.

Bu yerdə Sokratın sözlərini yada salmaq istəyirəm. O deyirdi: "Yaxşı bir həkimdə dörd xüsusiyyət vardır: nəzakətlə dinləmək, ağıllı danışmaq, diqqətlə düşünmək və tərəfsiz qərar vermək." Bu xüsusiyyətləri həmsöhbət olduğum hər iki həkimdə gördüm.

Tibb bacısı baş çavuş Gülnarə Gülməmmədova 15 ildir ki, bu tibb müəssisəsində çalışır. Xəstələrlə mehriban, səmimi davranışı, hər bir xəstəyə öz doğması kimi qulluq göstərməsi ötən bu illər ərzində ona böyük hörmət qazandırıb. Gülnarə xanımın həyat yoldaşı da Azərbaycan Ordusunun zabitidir. O, bununla fəxr edir. Vətən müharibəsi zamanı bölmədə müalicə olunan xəstələrə ana-bacı kimi qayğı göstərən baş çavuş illərdir həsrətini çəkdiyi doğma Füzuliyə, Şuşaya qayıdacaqları günün intizarındadır.

Bölmədə müalicə olunan gizirlər Azər Nəcəfli, Ramil Fərəməzov, əsgərlərdən Əli Məmmədzadə, Fərid İsmayılov, Əli Cəfərov və başqaları söhbətimizdə onlar üçün yaradılan müasir şəraitə görə minnətdarlıqlarını bildirərək həkimlərin, tibb bacılarının diqqət və qayğısından razılıq etdilər.

Burada olduğumuz qısa müddətdə bölmənin gülərüz, mehriban kollektivi bizdə də könül xoşluğu yaratdı. Bu könül xoşluğunu tibb xidməti polkovniki İqbal Mirzəyevin dediyi bir fikir tamamladı: "Biz də hərbi təbabətin əsgərləriyik".

Günay Tağıyeva "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Təbabət  

Hərbi təbabətin əsgərləri: "Cərrahi əməliyyatlarda uğurun əldə olunmasında başlıca rolu təchizat oynayırdı" (REPORTAJ)

2021/11/9420f-3275153712.jpg
Oxunub: 2444     17:26     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin