Ermənistan üçün iqtisadi risklər nə ilə nəticələnə bilər?

2020/08/15846-1598078990.jpg
Oxunub: 505     10:33     27 Noyabr 2021    
Ötən il Qarabağda baş vermiş müharibə və epidemik vəziyyətin Ermənistan iqtisadiyyatı üçün ağır iqtisadi nəticələri oldu. Rəsmi statistikaya görə, ötən ilin dərin tənəzzülü fonunda iqtisadiyyat cüzi artım tendensiyaları nümayiş etdirsə də, bu artım çox kövrəkdir. Və diqqətəlayiqdir ki, indiki şəraitdə iqtisadiyyatın böhrandan əvvəlki vəziyyətinin 2019-cu il səviyyəsinə çatması barədə bir kəlmə belə söz belə yoxdur. Bu ilin yanvar-sentyabr aylarında Ermənistanın iqtisadi aktivlik indeksi cəmi 4,4% artıb, 2020-ci ildə bizdə 7,6% azalma olub. Belə çıxır ki, böhrandan əvvəlki səviyyəyə çatmaq üçün Ermənistana bir neçə il lazımdır.

Yəni bir illik enişi aradan qaldırmaq üçün Ermənistana bir-iki il lazımdır? 2022-ci ildə qeyd olunan hədəfə çatmaq da sual altındadır. Problem ondadır ki, 2021-ci il sona nə qədər yaxındırsa, iqtisadi göstəricilər bir o qədər aşağıdır. Bu, Ermənistanda cari ilin son aylarında müşahidə olunan iqtisadi fəallığın aprel ayından sonrakı yüksək artımla müqayisədə bir neçə dəfə səngiməsi ilə bağlıdır. Sentyabrda ötən ilin eyni ayı ilə müqayisədə indeks cəmi 2,4% artıb ki, bu da iqtisadi canlanma baxımından çox kiçik göstəricidir. Yəni düşmən ölkədə iqtisadi aktivliyin davamlı olaraq aşağı düşməsi ciddi narahatlıq doğurur, çünki belə davam edərsə, artıq mənfi göstəricilər ola bilər.

Və bu fonda Ermənistan hökumətinin 2022-ci il büdcəsi üçün 7%-lik iqtisadi artım hədəfini seçməsi getdikcə daha qeyri-mümkün görünür. Maraqlısı isə odur ki, 2022-ci ilin büdcəsinin parlamentdə ilkin müzakirələri zamanı Paşinyan bu barədə xüsusi inamla açıqlama verirdi. Onun hədsiz nikbinliyinin nə ilə izah olunduğunu söyləmək çətindir. Paşinyan üçün əsas ilkin eyforiyadır, sonra hər zaman günahkarları tapmaq olar. Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistanın zaman keçdikcə üzləşdiyi iqtisadi risklər bir neçə ay əvvəl təsəvvür ediləndən daha təhlükəli xarakter alır.

Ermənistanda epidemik vəziyyət ekstremal olmaqda davam edir ki, bu da səhiyyə sisteminə və nəticədə iqtisadiyyata əlavə yük qoyur. Bazarda sözsüz inflyasiya təzyiqi də buna əlavə olunur. Qeyd edək ki, 2021-ci ildə oktyabr ayı ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq və alkoqolsuz içkilər üzrə 16% inflyasiya qeydə alınıb. Tərəvəz məhsulları qrupunda inflyasiya 69,3% təşkil edib. İndi necə ola bilər ki, ermənilərin gəlirləri artmadığı halda belə inflyasiya səviyyəsi əhalinin sosial vəziyyətinə təsir göstərməsin? Belə vəziyyət həm də istehlakın azalmasına səbəb olacaq. Ermənistan sərhədlərində hərbi toqquşmalar da iqtisadiyyat üçün ciddi təhlükələr yaradır.

Birincisi, sərhədlərdə müşahidə olunan gərginlik təsərrüfat subyektlərinin fəaliyyətinə təsir göstərir. Məsələn, sərhəd gərginliyi nəticəsində Zod qızıl mədəninin fəaliyyəti müvəqqəti dayandırılıb və işçilər təxliyə edilib. Bu isə o deməkdir ki, mədəndən istifadə edən şirkət zərər çəkir və bu hal onun ödədiyi vergilərin payında da nəzərə çarpacaq. Və belə qeyri-sabit vəziyyət fonunda Azərbaycan Gorus-Qapan yolunu bağlamaq və gömrük məntəqələrini istədiyi yerdə yerləşdirmək hüququnu özündə saxlaya bildiyi bir vaxtda Ermənistandan keçən yol tranzit baxımından riskli və məqsədəuyğun deyil.

Məsələn, İrandan Gürcüstana və ya əks istiqamətdə yüklərin çatdırılması üçün bu vəzifəni öz üzərinə götürmüş qurum Ermənistandan yan keçməkdə daha maraqlı olacaq. Bundan əlavə, ölkədən kapital axını riski artır, bir çox investor Ermənistanda fəaliyyət göstərməyə marağını itirəcək.

Ermənistanda əhali arasında müşahidə olunan ümumi ümidsizlik dalğası isə mühacirətə təkan verir. Sərhəd rayonlarında və Qarabağda qanunsuz məskunlaşmış ermənilərin yaşayış yerlərini tərk etməsi reallığı daha da dərin təhlükəsizlik və iqtisadi təhlükəyə çevrilir. Ona görə də çox güman ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi, ümumi ümidsizlik hissi kəskin iğtişaşlara və narazılığa səbəb olacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistan üçün iqtisadi risklər nə ilə nəticələnə bilər?

2020/08/15846-1598078990.jpg
Oxunub: 506     10:33     27 Noyabr 2021    

Bizi "telegram"da izləyin