Vətən müharibəsi şəhidi Cəlilov Şöhrət Xaçmazda anılıb

2021/10/16325-1635418998.jpg
Oxunub: 525     15:02     28 Oktyabr 2021    
Vətən müharibəsi şəhidi Xaçmazda anılıb.

Ordu.az xəbər verir ki, şəhid Cəlilov Şöhrət Mehman oğlunun ildönümünə həsr olunmuş tədbir rayon ictimaiyyətinin iştirakı ilə Xaçmaz şəhərində keçirilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayonun idarə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Onu da qeyd edək ki, Cəlilov Şöhrət Mehman oğlu 1998-ci il yanvarın 11-də Xaçmaz rayonunun Gəncəli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ş.Cəlilov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şöhrət Cəlilov oktyabrın 24-də Zoğalbulağ, Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 28-də Xaçmaz şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-müharibəsi  

Vətən müharibəsi şəhidi Cəlilov Şöhrət Xaçmazda anılıb

2021/10/16325-1635418998.jpg
Oxunub: 526     15:02     28 Oktyabr 2021    

Bizi "telegram"da izləyin