“Financial Times”: Ərdoğan Türkiyənin Cənubi Qafqazda təsirini gücləndirməyə çalışır

2021/10/15093-1635415475.jpg
Oxunub: 791     16:26     28 Oktyabr 2021    
“Financial Times” Qarabağ müharibəsinin ikinci mərhələsindən sonra Cənubi Qafqazda vəziyyətə, geosiyasi proseslərə toxunub, Türkiyə faktoruna xüsusi diqqət yetirib.

Ordu.az xəbər verir ki, məqalədə müharibədən sonra Türkiyənin Rusiyanın dominant olduğu hesab edilən bölgədə artan iqtisadi varlığının nəzərə çarpdığı qeyd olunur.

Müəllif bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana müharibədə kömək etdikdən sonra indi düşmən Ermənistana əl uzadaraq Türkiyənin Cənubi Qafqazda təsirini gücləndirməyə çalışır, burada Rusiya və İranla rəqabət aparır.

“O, 30 ilə yaxın fasilədən sonra diplomatik münasibətləri bərpa etməyi təklif edib. Ermənistanın baş naziri Nikol Paşinyan heç bir şərt qoymadan danışıqlara hazır olduğunu bəyan edib”, - deyə nəşr qeyd edib.

Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Tomas de Vaal deyir ki, ABŞ-ı Avropa proseslərindən kənarda saxlamaq üçün Ərdoğan və Putin Qafqazda birgə işləməli ola bilər.

Bakı ümid edir ki, qonşuları ilə ticarət vədi Ermənistanı Azərbaycanın Naxçıvana və Türkiyəyə çatması üçün quru dəhlizi açmağa sövq edəcək.

“Türkiyə danışıqlar masası arxasında olmasa belə, onun şirkətləri növbəti onillikdə dəyəri 15 milyard dollara çata biləcək yenidənqurma layihələri üçün müqavilələr alır. İlham Əliyev söz vermişdi ki, müharibə zamanı dost ölkələrin şirkətləri faydalanacaq”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Financial-Times   Türkiyə   Cənubi-Qafqaz  

“Financial Times”: Ərdoğan Türkiyənin Cənubi Qafqazda təsirini gücləndirməyə çalışır

2021/10/15093-1635415475.jpg
Oxunub: 792     16:26     28 Oktyabr 2021    

Bizi "telegram"da izləyin