Bakıda əl qumbarası tapılıb

2021/06/44-1623054536.jpg
Oxunub: 390     12:42     28 Oktyabr 2021    
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Ordu.az-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bakı   Əl-qumbarası  

Bakıda əl qumbarası tapılıb

2021/06/44-1623054536.jpg
Oxunub: 391     12:42     28 Oktyabr 2021    

Bizi "telegram"da izləyin