ABŞ senatorları Hindistanın Rusiyadan S-400 almasına görə cəzalandırılmasına qarşı çıxıb

2021/09/TASS_-1632375842.jpg
Oxunub: 631     16:00     28 Oktyabr 2021    
ABŞ senatının iki üzvü ölkə prezidentinə məktub yazaraq Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə Hindistana məhdudiyyətlər tətbiq etməməyi xahiş edib.

Ordu.az xəbər verir ki, məktubun müəllifləri senatorlar Con Kornin və Mark Uornerdir.

Qeyd edək ki, ABŞ CAATSA-ya (“Amerikanın düşmənləri ilə sanksiya vasitəsilə mübarizə haqqında” qanun) uyğun olaraq Rusiyadan silahların alınmasına görə Hindistana məhdudiyyətlər tətbiq etmək istəyir. Eyni sanksiyalar bir müddət əvvəl Türkiyəyə də tətbiq edilib.

Senatorlar hesab edirlər ki, ABŞ-ın S-400-lərin alınmasına qarşı sanksiyalar tətbiq etməsi Hindistanla münasibətləri korlamaq riski daşıyır və bu, iki ölkə arasında strateji tərəfdaşlığa mənfi təsir göstərəcək. Eyni zamanda vurğulayırlar ki, Hindistan artıq Rusiya silahlarının alışını azaldıb və Hindistan ordusunun Rusiya silahlarından qəti şəkildə imtina etməsi üçün amerikalılara sanksiyalar tətbiq etmək deyil, qurulmuş əlaqələri pozmağı təklif etmək lazımdır. Üstəlik, Hindistan Çinin rəqibidir və belə bir müttəfiqi itirmək daha baha başa gələcək.

Senatorlar məhdudiyyətlər qoymaq əvəzinə, Hindistan hakimiyyəti ilə “konstruktiv dialoq” aparmağı təklif edirlər ki, bu dialoq çərçivəsində S-400-lə bağlı gələcək addımlar müzakirə oluna bilər.

Xatırladaq ki, Hindistan Rusiyadan S-400 sistemləri sifariş edib, ilk komplekslərin bu il çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Rusiya  


ABŞ senatorları Hindistanın Rusiyadan S-400 almasına görə cəzalandırılmasına qarşı çıxıb

2021/09/TASS_-1632375842.jpg
Oxunub: 632     16:00     28 Oktyabr 2021    
ABŞ senatının iki üzvü ölkə prezidentinə məktub yazaraq Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə Hindistana məhdudiyyətlər tətbiq etməməyi xahiş edib.

Ordu.az xəbər verir ki, məktubun müəllifləri senatorlar Con Kornin və Mark Uornerdir.

Qeyd edək ki, ABŞ CAATSA-ya (“Amerikanın düşmənləri ilə sanksiya vasitəsilə mübarizə haqqında” qanun) uyğun olaraq Rusiyadan silahların alınmasına görə Hindistana məhdudiyyətlər tətbiq etmək istəyir. Eyni sanksiyalar bir müddət əvvəl Türkiyəyə də tətbiq edilib.

Senatorlar hesab edirlər ki, ABŞ-ın S-400-lərin alınmasına qarşı sanksiyalar tətbiq etməsi Hindistanla münasibətləri korlamaq riski daşıyır və bu, iki ölkə arasında strateji tərəfdaşlığa mənfi təsir göstərəcək. Eyni zamanda vurğulayırlar ki, Hindistan artıq Rusiya silahlarının alışını azaldıb və Hindistan ordusunun Rusiya silahlarından qəti şəkildə imtina etməsi üçün amerikalılara sanksiyalar tətbiq etmək deyil, qurulmuş əlaqələri pozmağı təklif etmək lazımdır. Üstəlik, Hindistan Çinin rəqibidir və belə bir müttəfiqi itirmək daha baha başa gələcək.

Senatorlar məhdudiyyətlər qoymaq əvəzinə, Hindistan hakimiyyəti ilə “konstruktiv dialoq” aparmağı təklif edirlər ki, bu dialoq çərçivəsində S-400-lə bağlı gələcək addımlar müzakirə oluna bilər.

Xatırladaq ki, Hindistan Rusiyadan S-400 sistemləri sifariş edib, ilk komplekslərin bu il çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Rusiya  


Bizi "telegram"da izləyin