“Hraparak”: Yaradılması planlaşdırılan birlik dövlətinin tərkibinə Rusiya, Ermənistan və Belarus daxil olacaq

2021/10/hj-1635329483.jpg
Oxunub: 642     12:09     28 Oktyabr 2021    
“Rusiya mətbuatı yazır ki, 2024-cü ildə yeni birlik dövləti vahidi olan “İttifaq dövlətinin” yaradılması başa çatacaq. Bunun tərkibinə Rusiya, Ermənistan və Belarus daxil olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Rusiyanın siyasi elitasının nümayəndələri arasında da bu barədə danışırlar. Həmin bu rus siyasi elita nümayəndələri bu yaxınlarda Rusiyaya ezam edilmiş Ermənistan parlamentinin nümayəndələri ilə də bənzər mövzuda açıq mətnlə toxunublar.

“Buna görə də 2024-cü ildə Rusiyada Vladimir Putinin iştirak etməyəcəyi prezident seçkiləri gözlənilir. Hər bir dövlətin öz prezidenti olacaq, lakin birlik vahidi Putinin başçılıq edəcəyi rəhbər orqana malik olacaq. Planlaşdırılır ki, bu birliyin tərkibində olan ölkələr ümumi Müdafiə Nazirliyi blokuna, xarici siyasət blokuna, ümumi hüquqi və iqtisadi sahəyə, ümumi pul vahidinə və sair sahib olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Belarus   Ermənistan  


“Hraparak”: Yaradılması planlaşdırılan birlik dövlətinin tərkibinə Rusiya, Ermənistan və Belarus daxil olacaq

2021/10/hj-1635329483.jpg
Oxunub: 643     12:09     28 Oktyabr 2021    
“Rusiya mətbuatı yazır ki, 2024-cü ildə yeni birlik dövləti vahidi olan “İttifaq dövlətinin” yaradılması başa çatacaq. Bunun tərkibinə Rusiya, Ermənistan və Belarus daxil olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Rusiyanın siyasi elitasının nümayəndələri arasında da bu barədə danışırlar. Həmin bu rus siyasi elita nümayəndələri bu yaxınlarda Rusiyaya ezam edilmiş Ermənistan parlamentinin nümayəndələri ilə də bənzər mövzuda açıq mətnlə toxunublar.

“Buna görə də 2024-cü ildə Rusiyada Vladimir Putinin iştirak etməyəcəyi prezident seçkiləri gözlənilir. Hər bir dövlətin öz prezidenti olacaq, lakin birlik vahidi Putinin başçılıq edəcəyi rəhbər orqana malik olacaq. Planlaşdırılır ki, bu birliyin tərkibində olan ölkələr ümumi Müdafiə Nazirliyi blokuna, xarici siyasət blokuna, ümumi hüquqi və iqtisadi sahəyə, ümumi pul vahidinə və sair sahib olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Belarus   Ermənistan  


Bizi "telegram"da izləyin