Erməni politoloq: “Moskvada imzalanacaq sənəd əslində Ermənistanın ikinci kapitulyasiyasıdır”

2021/10/maxre-1633503343.jpg
Oxunub: 4641     14:45     27 Oktyabr 2021    
“Torpaqsız Nikola aid olan KİV-in yaydığı xəbərlərə görə, noyabrın 9-da və ya 10-da Moskvada imzalanacaq sənəd əslində Ermənistanın ikinci kapitulyasiyasıdır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Qaqik Hambaryan yazıb.

Hambaryan qeyd edib ki, həmin bu KİV-in yaydığı məlumatlara görə, Azərbaycan və Ermənistan arasında imzalanacaq delimitasiya və demarkasiya haqqında sənədə əsasən, Ermənistan keçmiş Azərbaycan anklavları olan Yuxarı Əskipara, Sofulu, Barxudarlı, Kərki kəndlərini Azərbaycana təhvil verəcək, bunun müqabilində Başkəndi alacaq.

“Torpaqsız Nikol bu keçmiş Azərbaycan anklavlarını Bakıya təhvil versə, İcevandan Noyemberyana, İcevandan Berdə gedən yollar Bakının nəzarəti altına keçəcək, Kərkinin verilməsi halında isə İrəvan Ermənistanın cənub vilayətlərinə, Qarabağa və İrana gedən yolu Bakının nəzarəti altına keçirəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   kapitulyasiya  


Erməni politoloq: “Moskvada imzalanacaq sənəd əslində Ermənistanın ikinci kapitulyasiyasıdır”

2021/10/maxre-1633503343.jpg
Oxunub: 4642     14:45     27 Oktyabr 2021    
“Torpaqsız Nikola aid olan KİV-in yaydığı xəbərlərə görə, noyabrın 9-da və ya 10-da Moskvada imzalanacaq sənəd əslində Ermənistanın ikinci kapitulyasiyasıdır”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni politoloq Qaqik Hambaryan yazıb.

Hambaryan qeyd edib ki, həmin bu KİV-in yaydığı məlumatlara görə, Azərbaycan və Ermənistan arasında imzalanacaq delimitasiya və demarkasiya haqqında sənədə əsasən, Ermənistan keçmiş Azərbaycan anklavları olan Yuxarı Əskipara, Sofulu, Barxudarlı, Kərki kəndlərini Azərbaycana təhvil verəcək, bunun müqabilində Başkəndi alacaq.

“Torpaqsız Nikol bu keçmiş Azərbaycan anklavlarını Bakıya təhvil versə, İcevandan Noyemberyana, İcevandan Berdə gedən yollar Bakının nəzarəti altına keçəcək, Kərkinin verilməsi halında isə İrəvan Ermənistanın cənub vilayətlərinə, Qarabağa və İrana gedən yolu Bakının nəzarəti altına keçirəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   kapitulyasiya  


Bizi "telegram"da izləyin