“Joğovurd”: Ermənistanın dövlət borcu 9 milyard dolları ötüb

2020/03/Untit-1585478517.jpg
Oxunub: 429     16:36     28 Oktyabr 2021    
“Ermənistanın dövlət borcu artaraq 9 milyard dolları ötüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri ölkənin Maliyyə Nazirliyinin açıqladığı məlumatlara istinadən bildirib.

Qeyd olunub ki, sentyabrın 30-na olan vəziyyətə əsasən, Ermənistanın dövlət borcu 9 milyard 31 milyon dollar və ya 4 trilyon 369 milyard erməni dramı təşkil edib.

“Ötən ayın avqust ayı ilə müqayisədə bu, 86 milyon dollar, 1 il ərzində isə 1 milyard 184 milyon dollar artıb. Dövlət borcunun böyük hissəsi hökumətin xarici borcudur ki, bu da 8 milyard 564 milyon dollar təşkil edir. Buna xarici kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış istiqrazlar, qeyri-rezidentlər tərəfindən alınmış xarici valyuta dövlət istiqrazları daxildir. İlin əvvəli ilə müqayisədə hökumətin xarici borcu 1 milyard 190 milyon dollar artıb. Hökumətin daxili borcu 2 milyard 372 milyon dollar təşkil edir. Buna daxili kreditlər və borclar, rezidentlər tərəfindən alınmış dövlət xəzinə istiqrazları və rezidentlər tərəfindən alınmış xarici valyuta dövlət istiqrazları daxildir. Hökumətin daxili borcu 6 milyard 192 milyon dollar təşkil edir. 473 milyon erməni dramı dövlət borcu Mərkəzi Bankın borcudur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   borc   9-milyard  

“Joğovurd”: Ermənistanın dövlət borcu 9 milyard dolları ötüb

2020/03/Untit-1585478517.jpg
Oxunub: 430     16:36     28 Oktyabr 2021    

Bizi "telegram"da izləyin