Polşa Belarus və Rusiyanın təhdidləri fonunda ordusunu gücləndirməyi planlaşdırır

2021/10/59634-1635323696.jpg
Oxunub: 428     12:34     28 Oktyabr 2021    
Polşa hökuməti çərşənbə axşamı ölkə ordusuna böyük təkan verə biləcək vətən müdafiəsi qanun layihəsini açıqlayıb.

Ordu.az xəbər verir ki, qanun layihəsi Polşa ordusunun sayını iki dəfədən çox artırmağı nəzərdə tutur.

Yeni qanun layihəsi ölkənin şərq sərhədində təhlükəsizlik və miqrasiya problemləri ilə əlaqələndirilir.

Qanun qoşunların sayının indiki 110.000-dən iki dəfə çox olmasına gətirib çıxaracaq.

Polşanın baş nazir müavini Yaroslav Kaçinski bildirib ki, qanun layihəsi hazırkı qlobal tendensiyalara və Polşanın siyasi coğrafiyasına cavabdır.

Varşavada mətbuat konfransında danışan Kaçinski əsas təhlükəsizlik çağırışları kimi “Rusiyanın imperiya ambisiyalarını” və Belarusla şərq sərhədindəki miqrant problemini göstərib.

“Əgər ən pisdən, yəni müharibədən qaçmaq istəyiriksə, köhnə qayda ilə hərəkət etməliyik. Sülh istəyirsənsə, müharibəyə hazırlaş”, - deyə Kaçinski bildirib.

Həm Kaçinski, həm də Polşa Müdafiə naziri Mariuş Blaşçak müdafiə təklifini birgə təqdim ediblər.

Qoşunların sayı indiki 110.000 əsgərdən 50.000 ehtiyat qoşunla birlikdə iki dəfədən çox artaraq 250.000-ə çatacaq.

Kaçinskinin sözlərinə görə, plan ABŞ-da və Aİ-nin başqa yerlərində istehsal olunan hərbi texnikanın alınmasını nəzərdə tutur.

Səlahiyyətlilər qoşunların sayının artırılması ilə məcburi hərbi xidmətə qayıdışın olmayacağını bildiriblər.

Blaşçak bildirib ki, planı dəstəkləmək üçün Silahlı Qüvvələrə Dəstək Fondu yaradılacaq, maliyyə isə dövlət təminatlı istiqrazları vasitəsilə gələcək.

Dəqiq rəqəmlər verilməsə də, rəsmilər maliyyələşdirmənin NATO-ya üzv ölkələrin müdafiə xərcləri üçün etalon olan ümumi daxili məhsulun 2%-dən əhəmiyyətli dərəcədə çox olacağını bildirirlər. Təklif olunan qanun layihəsi parlament və ölkə prezidenti tərəfindən imzalanmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Polşa   Belarus  

Polşa Belarus və Rusiyanın təhdidləri fonunda ordusunu gücləndirməyi planlaşdırır

2021/10/59634-1635323696.jpg
Oxunub: 429     12:34     28 Oktyabr 2021    

Bizi "telegram"da izləyin