ABŞ donanması gəmilərini Çin sahillərində yerləşdirməyə hazırlaşır

2021/10/16352-1635323495.jpg
Oxunub: 601     14:57     28 Oktyabr 2021    
ABŞ Hərbi Dəniz Qüvvələri Qərbi Sakit okeanın mübahisəli sularında döyüş gəmilərini yerləşdirməyə başlayır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ donanması məlumat yayıb.

Ölkənin Hərbi Dəniz Qüvvələri komandanlığının sözlərinə görə, bu, regionda Çin donanması ilə perspektivli toqquşmalar fonunda donanmanın döyüş gücünü artırmağa kömək edəcək.

2021-ci il oktyabrın ortalarında Sakit okeanın qərbində ABŞ-ın Yeddinci Donanmasında üç döyüş gəmisi var idi. Oktyabrın 21-dən etibarən “USS Tulsa” və “USS Jackson” Almaniya Hərbi Dəniz Qüvvələrinin “FGS Bayern” freqatı ilə birgə təlimlərdə iştirak edib. Onların Çin sahillərində yerləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, döyüş gəmiləri 57 mm-lik top, qısa mənzilli raketlərlə silahlanıb, həmçinin MH-60 helikopterləri və MQ-8 PUA-ları daşıya bilir. Onların vəzifəsi kiçik düşmən gəmilərindən qorunmaq, həmçinin müxtəlif yüklərin daşınmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


ABŞ donanması gəmilərini Çin sahillərində yerləşdirməyə hazırlaşır

2021/10/16352-1635323495.jpg
Oxunub: 602     14:57     28 Oktyabr 2021    
ABŞ Hərbi Dəniz Qüvvələri Qərbi Sakit okeanın mübahisəli sularında döyüş gəmilərini yerləşdirməyə başlayır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ donanması məlumat yayıb.

Ölkənin Hərbi Dəniz Qüvvələri komandanlığının sözlərinə görə, bu, regionda Çin donanması ilə perspektivli toqquşmalar fonunda donanmanın döyüş gücünü artırmağa kömək edəcək.

2021-ci il oktyabrın ortalarında Sakit okeanın qərbində ABŞ-ın Yeddinci Donanmasında üç döyüş gəmisi var idi. Oktyabrın 21-dən etibarən “USS Tulsa” və “USS Jackson” Almaniya Hərbi Dəniz Qüvvələrinin “FGS Bayern” freqatı ilə birgə təlimlərdə iştirak edib. Onların Çin sahillərində yerləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, döyüş gəmiləri 57 mm-lik top, qısa mənzilli raketlərlə silahlanıb, həmçinin MH-60 helikopterləri və MQ-8 PUA-ları daşıya bilir. Onların vəzifəsi kiçik düşmən gəmilərindən qorunmaq, həmçinin müxtəlif yüklərin daşınmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin