Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub - FOTO

2021/10/xezer-1634984288.jpg
Oxunub: 871     13:44     23 Oktyabr 2021    
23 Oktyabr 2021-ci il tarixində Xəzər rayonundan Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan şəhid Əliyev İbrahim Nəcəfqulu oğlunun doğum günü uyuduğu məzarı önündə qeyd olunub.

Ordu.az xəbər verir ki, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, qəsəbə sakinləri, din xadimləri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, vətən oğullarının döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirələrini daim uca tutmağın vacibliyini söyləyib, onların məzarlarının ziyarət məkanımıza çevrildiyini bildirib.

Milli Məclisin deputatı Rauf Əliyev də öz növbəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımızın sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdiyini vurğulayıb.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şəhid   Doğum-günü  

Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub - FOTO

2021/10/xezer-1634984288.jpg
Oxunub: 872     13:44     23 Oktyabr 2021    

Bizi "telegram"da izləyin