“3+3” ilə bağlı Moskvanın açıqlaması nəyə işarədir? – BAXIŞ BUCAĞI

2018/12/1-1545302679.jpg
Oxunub: 2602     15:15     23 Oktyabr 2021    
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ötən gün bildirib ki, ABŞ “3+3” formatının formalaşdırılmasına mane olur. Zaxarova həmçinin qeyd edib ki, ABŞ bu formatı Moskvanın ideyası kimi təqdim edir, halbuki ideya Türkiyə və Azərbaycana aiddir.

Rusiya Xarici İşlər Nazirliyi mətuat katibinin bəyanatı olduqca maraqlıdır və xüsusi bir dipnota malikdir. Faktiki olaraq Moskva ideyanın müəllifi, buna görə həm də müəyyən dərəcədə məsuliyyətli olmaqdan “imtina edir”. Üstəlik, o, müəllif hüququnu Türkiyə və Azərbaycana, məsuliyyəti isə ABŞ-ın üzərinə qoyur, Birləşmiş Ştatların formata mane olduğunu deyir.

Bəlkə də Moskva Zaxarovanın dodaqları ilə Bakı və Ankaraya işarə edir ki, yalnız ABŞ-la təşəbbüslərini razılaşdırdıqdan, başqa cür desək, ABŞ-ın “mane olması” məsələlərini həll etdikdən sonra “3+3” məsələsində Rusiya ilə hansısa bir şeyi danışmalı və müzakirə etməlidirlər.

Burada bəlkə də Rusiyanın 3+3 məsələsində bu qədər aktiv olmamasının və canfəşanlıq etməməsinin, açıq şəkildə buna qarşı çıxmamasının, hətta müzakirə etməyə başlamamasının səbəbi və ya izahı budur.

Dərin baxımdan Moskva bəlkə də göstərir ki, 3+3 onun üçün strateji məqsəd deyil. Bu, təəccüblü də deyil, çünki Rusiyanın strateji məqsədi var - köhnə, yəni Yalta dünya düzəni şəraitində olduğu kimi, yeni dünya düzənində də Qafqazın dominant hökmdarı olmaq. 3+3 isə Rusiya üçün Türkiyə və həmçinin İranın Qafqazda bərabərhüquqlu “səhmdar” statusunu formallaşdırmaq demək olacaq.

Moskvada düşünürlər ki, “3+3” formatının dəqiq qeydə alınması Rusiyanı əslində Türkiyə, İran və Azərbaycanın daxil olduğu 1-ə qarşı 3 vəziyyətinə qoyacaq. Nə qədər olduqca mürəkkəb proses və problem olsa da, Moskva üçün burada strateji vəzifə ABŞ-la Qafqaz məsələsində qarşılıqlı razılaşmaya nail olmaqdır. Bu qarşılıqlı münasibət olmasa, bu halda Moskva Türkiyə, Azərbaycan, İran üçlüyündən daha çox asılı vəziyyətə düşə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   3+3  

“3+3” ilə bağlı Moskvanın açıqlaması nəyə işarədir? – BAXIŞ BUCAĞI

2018/12/1-1545302679.jpg
Oxunub: 2603     15:15     23 Oktyabr 2021    

Bizi "telegram"da izləyin