"Bu gün Ermənistan ətrafında təhlükəsizlik mühiti daha kövrək hala gəlib" - Ohanyan

2021/08/timth-1630310222.jpg
Oxunub: 611     11:38     23 Oktyabr 2021    
"Bu gün Ermənistan və Qarabağ (qondarma qurum - red.) elə bir vəziyyətə düşüb ki, dünyanın güc mərkəzlərinin regionumuzda toqquşmaları davamlıdır, habelə regional oyunçuların Cənubi Qafqaza daxil olmasına icazə verilib".

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, strateji nəzərdənkeçirmə Ermənistan ətrafında mövcud olan mühitin, daxili və xarici təhdidlərin qiymətləndirilməsidir.

""Müharibədən bir il keçib və bunun nəticəsində yaranmış vəziyyətə dövlət tərəfindən qiymətləndirmə verilməyib. Bu hakimiyyətlər ölkəni strateji planlaşdırma olmadan ayaq üstə və əllə idarə edir", - deyə Ohanyan bildirib.

Ohanyan qeyd edib ki, Türkiyə-Azərbaycan tandeminin həyata keçirdiyi fəaliyyət nəticəsində ermənilər bu çətin vəziyyətə düşüblər.

"Bu bir ildə yaranmış vəziyyətə dəqiq qiymətləndirmə verilməyib və bu, həm Ermənistanın, həm də Qarabağın (qondarma qurum - red.) perspektivi üçün qeyri-müəyyənlik gətirir", - deyə o bildirib.

Ermənistanın keçmiş müdafiə naziri əlavə edib ki, bu gün Ermənistan ətrafında təhlükəsizlik mühiti daha kövrək hala gəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


"Bu gün Ermənistan ətrafında təhlükəsizlik mühiti daha kövrək hala gəlib" - Ohanyan

2021/08/timth-1630310222.jpg
Oxunub: 612     11:38     23 Oktyabr 2021    
"Bu gün Ermənistan və Qarabağ (qondarma qurum - red.) elə bir vəziyyətə düşüb ki, dünyanın güc mərkəzlərinin regionumuzda toqquşmaları davamlıdır, habelə regional oyunçuların Cənubi Qafqaza daxil olmasına icazə verilib".

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, strateji nəzərdənkeçirmə Ermənistan ətrafında mövcud olan mühitin, daxili və xarici təhdidlərin qiymətləndirilməsidir.

""Müharibədən bir il keçib və bunun nəticəsində yaranmış vəziyyətə dövlət tərəfindən qiymətləndirmə verilməyib. Bu hakimiyyətlər ölkəni strateji planlaşdırma olmadan ayaq üstə və əllə idarə edir", - deyə Ohanyan bildirib.

Ohanyan qeyd edib ki, Türkiyə-Azərbaycan tandeminin həyata keçirdiyi fəaliyyət nəticəsində ermənilər bu çətin vəziyyətə düşüblər.

"Bu bir ildə yaranmış vəziyyətə dəqiq qiymətləndirmə verilməyib və bu, həm Ermənistanın, həm də Qarabağın (qondarma qurum - red.) perspektivi üçün qeyri-müəyyənlik gətirir", - deyə o bildirib.

Ermənistanın keçmiş müdafiə naziri əlavə edib ki, bu gün Ermənistan ətrafında təhlükəsizlik mühiti daha kövrək hala gəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


Bizi "telegram"da izləyin