“Breaking Defense”: Lazerlər gələcəyin silahıdır, lakin həmişə belə olmayacaq

2021/10/SHiEL-1634972572.jpg
Oxunub: 1265     16:41     23 Oktyabr 2021    
Saniyənin bir katrilyonunda bir trilyon vat yayan ultra qısa dalğalı impuls lazerlər bu gün hərbi istifadə üçün çox erkən texnologiyadır. Lazerlər gələcəyin silahlarıdır, lakin onlar həmişə belə olmayacaq. Gec-tez lazer silahlarının tam hüquqlu versiyada qoşunlara yeridilməsi baş tutacaq.

Ordu.az xəbər verir ki, bu fikri Amerikanın “Booz Allen Hamilton” şirkətinin vitse-prezidenti “Breaking Defense” jurnalında dərc olunan məqaləsində bildirib.

ABŞ-ın müdafiə dairələrində köhnə bir zarafat var ki, lazer silahları gələcəyin texnologiyasıdır və həmişə belə olacaq. Lakin bu gün Pentaqon yönləndirilmiş enerji imkanları xəyalını gerçəkləşdirməyə çalışır.

Pentaqonun yönləndirilmiş enerji silahları ilə bağlı araşdırmalarının çoxu optik sensorları yandırmaq və ya zaman keçdikcə digər maddi ziyan vurmaq üçün nisbətən aşağı güc şüası istifadə edən lazerlərlə əlaqədardır. Lakin hərbçilər ultra qısa dalğalı impuls lazerləri (USPL) ilə getdikcə daha çox maraqlanır, saniyənin kiçik bir hissəsində atılan çox güclü şüalar, belə desək, hədəfin səthinin kiçik bir sahəsini buxarlandırmağa və ya onun elektronikasını dərhal məhv etməyə qadirdir.

ABŞ-ın liderliyini saxlamaq çox vacibdir, çünki USPL texnologiyasını yerdə effektiv şəkildə yerləşdirən ilk ölkə açıq-aşkar hərbi üstünlüyə malik olacaq.

Müəllifin fikrincə, bu prinsipin real silah sistemlərində təcəssümü təxminən 10-15 ildən sonra mümkündür.

Pentaqonun ötən il açıqladığı planlara görə, güclü lazer silahı üzərində iş tam sürətlə davam edir. Birləşmiş Ştatlar onu 2022-ci ildən təyyarələrə, 2023-cü ildən isə yerüstü nəqliyyat vasitələrinə quraşdırmaq niyyətindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lazer-sistemləri  

“Breaking Defense”: Lazerlər gələcəyin silahıdır, lakin həmişə belə olmayacaq

2021/10/SHiEL-1634972572.jpg
Oxunub: 1266     16:41     23 Oktyabr 2021    

Bizi "telegram"da izləyin