"AliQ Media": Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan iki sənəd imzalayacaq

2021/10/3255-1634968195.jpg
Oxunub: 2071     10:01     23 Oktyabr 2021    
"Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan iki yeni sənəd imzalayacaq".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "AliQ Media" nəşri diplomatik mənbələrə istinad edərək bildirib.

"Əgər son anda fors-major vəziyyətlər olmasa, İlham Əliyev və Nikol Paşinyan Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə demək olar yekun görünüş almış iki sənədi imzalayacaqlar. Birinci sənəd 1920-ci illərdə Sovet İttifaqı Müdafiə Nazirliyinin Baş Qərargahının xəritələrinə əsas qəbul edərək İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacağı Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiya və delimitasiyasına aiddir. Vladimir Putin bu gün bu xəritələr haqqında təsadüfi şəkildə xatırlatma verməyib.

Azərbaycan, Rusiya və Ermənistan arasında Baş nazirlərin müavinləri səviyyəsində keçirilmiş son görüş nəticəsində barəsində demək olar son razılığın əldə olunduğu ikinci sənəd regionda kommunikasiyaların blokadadan çıxarılmasına, xüsusən də yol-dəhlizlərin, eləcə də Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın təsdiq edilməsinin detallarına aiddir. 9 noyabr xüsusi olaraq seçilib. Ötən ilin, yəni 2020-ci ilin bu gün Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri üçtərəfli bəyanat imzaladılar, bununla hərbi əməliyyatlar dayandırıldı, bir neçə həftə sonra isə erməni qüvvələri Qarabağdan çıxdı. Sabah "AliQ Media" bu iki sənədə, eləcə də Qarabağın statusuna və yol-dəhlizə daha geniş və detallı toxunuş edəcək", - deyə mənbə bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"AliQ Media": Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan iki sənəd imzalayacaq

2021/10/3255-1634968195.jpg
Oxunub: 2072     10:01     23 Oktyabr 2021    

Bizi "telegram"da izləyin