Ağ Ev: Bayden Romada Makronla baş tutacaq görüşü səbirsizliklə gözləyir

2021/10/ZHTUM-1634966191.jpg
Oxunub: 625     10:15     23 Oktyabr 2021    
"ABŞ Prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla bu ayın sonunda Romada planlaşdırılmış görüşü səbirsizliklə gözləyir".

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin cümə gün iki dövlət başçıları arasında telefon danışığından sonra yaydığı yazılı bəyanatda bildirilib.

Telefon danışığı zamanı ABŞ lideri vitse-prezident Kamala Harrisin noyabrda Parisə səfərini bir sıra qlobal çağırışlar üzrə ABŞ və Fransa arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün əsas fürsət hesab edib.

Eyni zamanda tərəflər Hind-Sakit Okean regionunda əməkdaşlığı gücləndirmək, daha güclü və daha effektiv Avropa müdafiə sistemi yaratmaq səylərini müzakirə ediblər.

Qeyd edək ki, liderlərin “G20” sammiti çərçivəsində keçirəcəkləri görüş zamanı bir çox sahədə ABŞ-Fransa əməkdaşlığının nəzərdən keçiriləcəyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fransa  


Ağ Ev: Bayden Romada Makronla baş tutacaq görüşü səbirsizliklə gözləyir

2021/10/ZHTUM-1634966191.jpg
Oxunub: 626     10:15     23 Oktyabr 2021    
"ABŞ Prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla bu ayın sonunda Romada planlaşdırılmış görüşü səbirsizliklə gözləyir".

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin cümə gün iki dövlət başçıları arasında telefon danışığından sonra yaydığı yazılı bəyanatda bildirilib.

Telefon danışığı zamanı ABŞ lideri vitse-prezident Kamala Harrisin noyabrda Parisə səfərini bir sıra qlobal çağırışlar üzrə ABŞ və Fransa arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün əsas fürsət hesab edib.

Eyni zamanda tərəflər Hind-Sakit Okean regionunda əməkdaşlığı gücləndirmək, daha güclü və daha effektiv Avropa müdafiə sistemi yaratmaq səylərini müzakirə ediblər.

Qeyd edək ki, liderlərin “G20” sammiti çərçivəsində keçirəcəkləri görüş zamanı bir çox sahədə ABŞ-Fransa əməkdaşlığının nəzərdən keçiriləcəyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fransa  


Bizi "telegram"da izləyin