Kolumbiya hərbçiləri erməni vandalizmi barədə məlumatlandırılıb

2021/10/ed9aa-1634965946.jpg
Oxunub: 450     09:11     23 Oktyabr 2021    
Kolumbiya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbçilərin Reabilitasiya Mərkəzində müstəqilliyimizin bərpasının 30 illiyi münasibətilə mühazirə təşkil olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən Ordu.az-a verilən məlumata görə, mühazirədə kolumbiyalı hərbi qulluqçulara ölkəmizin tarixi, mədəniyyəti, dövlət quruculuğu sahəsində son 30 ildə əldə etdiyi nailiyyətlər, erməni təcavüzü və 44 günlük müharibənin yekunları haqda məlumat verilib.

Bundan sonra işğaldan azad olunmuş ərazilərimizdə müşahidə olunan erməni vandalizmi, burada törədilmiş irimiqyaslı dağıntılar və aparılmış kütləvi minalama haqda danışılıb və bölgədə tərəfimizdən görülən minatəmizləmə və yenidənqurma işlərindən bəhs edilib.

Sonda iştirakçılara Azərbaycanın son 30 il ərzindəki fəaliyyətini təsvir edən video və foto materiallar nümayiş etdirilib, habelə ölkəmizin Kolumbiya ilə ikitərəfli əlaqələrinin inkişaf tarixi və gələcək perspektivləri haqda məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya  


Kolumbiya hərbçiləri erməni vandalizmi barədə məlumatlandırılıb

2021/10/ed9aa-1634965946.jpg
Oxunub: 451     09:11     23 Oktyabr 2021    
Kolumbiya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbçilərin Reabilitasiya Mərkəzində müstəqilliyimizin bərpasının 30 illiyi münasibətilə mühazirə təşkil olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən Ordu.az-a verilən məlumata görə, mühazirədə kolumbiyalı hərbi qulluqçulara ölkəmizin tarixi, mədəniyyəti, dövlət quruculuğu sahəsində son 30 ildə əldə etdiyi nailiyyətlər, erməni təcavüzü və 44 günlük müharibənin yekunları haqda məlumat verilib.

Bundan sonra işğaldan azad olunmuş ərazilərimizdə müşahidə olunan erməni vandalizmi, burada törədilmiş irimiqyaslı dağıntılar və aparılmış kütləvi minalama haqda danışılıb və bölgədə tərəfimizdən görülən minatəmizləmə və yenidənqurma işlərindən bəhs edilib.

Sonda iştirakçılara Azərbaycanın son 30 il ərzindəki fəaliyyətini təsvir edən video və foto materiallar nümayiş etdirilib, habelə ölkəmizin Kolumbiya ilə ikitərəfli əlaqələrinin inkişaf tarixi və gələcək perspektivləri haqda məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya  


Bizi "telegram"da izləyin