“2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda beynәlxalq elmi-praktik konfrans keçirilir

2021/10/photo-1634822535.jpg
Oxunub: 604     17:21     21 Oktyabr 2021    
Azәrbaycan Respublikası Müdafiə Nazirliyinin tәşkilatçılığı ilə Silahlı Qüvvәlәrinin Hәrbi Akademiyasında “2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda “Zoom” platforması üzәrindәn onlayn beynәlxalq elmi-praktik konfrans başlayıb.

Müdafiə Nazirliyindən Ordu.az-a verlən məlumata görə, konfrans Türkiyә Respublikasının Milli Müdafiә Universiteti, Pakistan İslam Respublikasının Milli Müdafiә Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiә Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiә Universiteti, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol Milli Müdafiә Universitetinin dəstəyi ilə keçirilir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri də iştirak edir.
Beynәlxalq elmi-praktik konfrans oktyabrın 22-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi  


“2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda beynәlxalq elmi-praktik konfrans keçirilir

2021/10/photo-1634822535.jpg
Oxunub: 605     17:21     21 Oktyabr 2021    
Azәrbaycan Respublikası Müdafiə Nazirliyinin tәşkilatçılığı ilə Silahlı Qüvvәlәrinin Hәrbi Akademiyasında “2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda “Zoom” platforması üzәrindәn onlayn beynәlxalq elmi-praktik konfrans başlayıb.

Müdafiə Nazirliyindən Ordu.az-a verlən məlumata görə, konfrans Türkiyә Respublikasının Milli Müdafiә Universiteti, Pakistan İslam Respublikasının Milli Müdafiә Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiә Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiә Universiteti, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol Milli Müdafiә Universitetinin dəstəyi ilə keçirilir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri də iştirak edir.
Beynәlxalq elmi-praktik konfrans oktyabrın 22-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin