İran BQ rəisinin Pakistan və Rusiya səfəri: Neytrallıq arzusu və silah təchizatı istəyi nəyə hesablanıb?

2021/10/00-76-1634809617.jpg
Oxunub: 1662     17:46     21 Oktyabr 2021    
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hüseyn Baqiri 4 günlük səfərlə Rusiyaya gedib. O, rusiyalı həmkarı general Valeri Gerasimov, müdafiə naziri Sergey Şoyqu və digər rəsmi şəxslərlə görüşlər keçirib. Rəsmi məlumatlara görə, o, Moskvadan başqa Sankt-Peterburqda olub, hərbi sənaye mərkəzlərini ziyarət edib, ikitərəfli əlaqələr və əməkdaşlıq haqqında danışıqlar aparıb, yeni silahların alınmasını müzakirə edib.

Baqiri ötən həftə Pakistana səfər edərək həmkarı ilə görüşərək regional problemləri müzakirə edib. İran və Pakistan qonşu ölkələrdir, 959 kilometrlik sərhədi var, hər ikisi fərqli məzhəblərə malik olsalar da, müsəlmanların çoxluq təşkil etdiyi ökədir. İranda əhalinin əksəriyyəti şiələrdir və pakistanlıların əksəriyyəti sünnidir. Regional məsələlərdə rəqibdirlər və bir sıra məsələlərdə ortaq maraqları var. Pakistan atom bombası olan yeganə İslam ölkəsidir. Pakistanda “Atom bombasının atası” (bu yaxınlarda vəfat edib) kimi tanınan Əbdül Cadir Xan 2004-cü ildə ölkəsinin İran (1987-1989), Liviya və Şimali Koreyanın nüvə texnologiyası əldə etməsinə kömək etdiyini bildirmişdi.

İranın nüvə proqramını məhdudlaşdırmaq üçün beynəlxalq kampaniya və mümkün hərbi zərbələr fonunda Tehran Pakistanın ABŞ və İsrailin yanında olmasından və Cənubi Qafqazda aktivləşməsindən, Azərbaycana yaxşı münasibətlər qurmasından narahatdır. Bu yaxınlarda Azərbaycan, Türkiyə və Pakistan Xəzər dənizində “Üç qardaş” adlı hərbi təlimlər keçirib. İran bundan narahatlığını ifadə etmişdi. Rəsmi Tehran Xəzər dənizi ilə sərhədi olmayan ölkələrin, yəni Türkiyə və Pakistanın iştirakının Xəzər dənizinin hüquqi statusu haqqında - hələ imzalamadığı - Konvensiyaya zidd olduğunu bildirib. Pakistan Türkiyənin Qafqaz siyasətini dəstəkləyir və Ankaranın Kəşmir məsələsində yanında olmasını istəyir.

Baqeri bundan üç il əvvəl Pakistana, həmkarı isə 2017-2019-cu ilin oktyabrında Tehrana səfər edib. Tərəflərin ümumi problemləri var. Sünni bəluclar sərhədin hər iki tərəfində yaşayırlar və mütəmadi olaraq Tehrana problem yaradırlar. Bu sərhəd narkotik alverinin ənənəvi yoludur. İran-Pakistan generalları terrorla mübarizə, məlumat mübadiləsi və təlim sahələrində əməkdaşlığa razılıq veriblər. İranın rəsmi “İrna” xəbər agentliyinin verdiyi məlumata görə, tərəflər İslamabadda görüşüblər. “Sərhəd təhlükəsizliyi məsələləri, Əfqanıstan, regional məsələlər, ABŞ-ın İsraildə varlığının yaratdığı problemlər müzakirə edilib”, - deyə agentlik qeyd edib.

İki ölkə bu qışda Rusiya və Çinlə hərbi dəniz təlimlərinin keçirilməsinin mümkünlüyünü də müzakirə edib.

Baqeri hazırda Moskvadadır. Danışıqların əsas gündəm məsələsi İranın nüvə proqramını məhdudlaşdırmaq üçün beynəlxalq təzyiqlər və onun mümkün nəticələridir. İran və İsrail bir-birinə hücum edəcəkləri ilə hədələyir və böyük oyunçular buna imkan verməməyə çalışırlar. Kiçik oyunçuların yolu Rusiya, ABŞ, Avropa və Çində kəsişir. İranlılar indi Rusiya və Avropanın qapısını döyür və İsrailin baş naziri ABŞ səfərindən sonra Moskvaya getməyə hazırlaşır. İsrailin güclü hava qüvvələri, İranın isə uzaq mənzilli raketləri var. İranda texnologiya çatışmazlığı var və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İrana hərbi sanksiyalar tətbiq edir.

İran iddia edir ki, qətnamə 2020-ci ilin oktyabrında başa çatıb və Rusiyadan və digər bazarlardan yeni silahlar almaq istəyir. Tehran indi Rusiyadan “MiQ” qırıcıları və hərbi helikopterlər almaq niyyətindədir. Əlbəttə ki, bu, Rusiya üçün çox yaxşı bir razılaşma ola bilər, amma eyni qərara görə İrana silah tədarükçüləri BMT Şurasının razılığını almalıdır. İllər əvvəl İran, hətta Rusiyadan Hava Hücumundan Müdafiə (HHM) sistemləri almaq üçün öncədən pul ödəmişdi, lakin Moskva sanksiyalar səbəbindən bu silahları çox çətinliklə və gecikdirərək təhvil verə bildi. İran ətrafında yaradılan bu gərgin beynəlxalq fonda belə bir razılaşmanın bağlanmasının hələ də inanılmaz göründüyünü göstərir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, İran və İsrail ilə dostluq əlaqələri var, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) üzvü olaraq İranın nüvə probleminin sülh yolu ilə həllinə çalışır.

Baqeri rusiyalı həmkarı ilə görüşü zamanı İran Prezidenti İbrahim Rəisinin “Yeni Vizyona Doğru” siyasətini, Rusiyanın köməyi ilə Şanxay İttifaqına daxil olmağı və Suriya və Əfqanıstanda işbirliyini ifadə edib. İkitərəfli əlaqələrin daha da dərinləşəcəyinə və yeni əməkdaşlıq üçün bir fürsət yaradacağına ümidvar olduğunu qeyd edib.

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Rusiyaya səfəri davam edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Pakistan   Rusiya  

İran BQ rəisinin Pakistan və Rusiya səfəri: Neytrallıq arzusu və silah təchizatı istəyi nəyə hesablanıb?

2021/10/00-76-1634809617.jpg
Oxunub: 1663     17:46     21 Oktyabr 2021    

Bizi "telegram"da izləyin