Ərdoğanın çıxışı və Lavrovun işarəsi: Bu, Türkiyə üçün həlledici əhəmiyətə malik olacaq

2021/10/76868-1634898936.jpg
Oxunub: 924     14:34     22 Oktyabr 2021    
Rusiya xarici işlər naziri Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Anqolada verdiyi bəyanata toxunaraq bildirib ki, Ərdoğanın fəsahəti məlumdur. Söhbət onun BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü haqqında bəyanatından gedir. Belə ki, Ərdoğan bildirib ki, dünyanın taleyini bu beş üzv müəyyənləşdirməməlidir.

Bu mövzu kontekstində Rusiyanın rolu əsasdır, çünki 2020-ci ildə Putin səviyyəsində yeni dünya nizamı ilə bağlı beş üzvün müzakirələrini təklif edən məhz Rusiya idi. Ümumiyyətlə, il yarımdan çox sonra Ərdoğanın bəyanatı məhz Rusiyanın ambisiyalarına birbaşa və ya dolayı cavabdır. Bəs niyə Ərdoğan indi reaksiya verir?

Bəlkə də ona görə ki, Putinin təklifindən təxminən iki il keçməsinə və bunun ən azından açıq şəkildə beş daimi üzvdən dördünün qəti, aktiv reaksiyasını qazanmasına baxmayaraq, bəlkə də bu mövzunun “canlı olması” haqqında danışan tendensiyalar var. Üstəlik, qoy qəribə səslənməsin, lakin həmin Minsk qrupunun həmsədrliyi çərçivəsində aktivlik məhz bu reallığın törəməsi ola bilər.

Ümumiyyətlə Minsk qrupunun həmsədrlik formatı məhz BMT Təhlükəsizlik şurasının beş daimi üzvü arasında müəyyən konsensusun təzahürüdür, buna görə də bu format hansısa bir mənada həm də, nisbi, şərti olsa da, daha geniş dünya nizamı meyillərinin indikatorudur. Əlbəttə, söhbət əsas oyunçu olduqlarını iddia edən digər dövlətlərin heç nəyə qərar verməməsindən getmir.

Lakin aydındır ki, beş daimi üzv çərçivəsində məsələlərin müzakirəsinin əsas formatının məhz BMT Təhlükəsizlik Şurasının özəyi olmasına dair ümumi qarşılıqlı anlaşma mövcud olsa, şübhəsiz ki, bu, digər oyunçuların davranışı üçün həlledici əhəmiyyətə malik olacaq. Və eləcə də Lavrovun barəsində işarə vurduğu Türkiyə üçün həlledici əhəmiyətə malik olacaq.

Başqa cür desək, Moskva Ərdoğana işarə vurur ki, onun, belə desək, zəfər siyasətinin və strategiyasının kökü beşlik formatının böhranıdır və bunun həll edilməsi halında Türkiyə və ya Ərdoğan, belə desək, çıxış nöqtəsinə qayıdacaq. Bütün məsələ odur ki, bu baş verəndə və bunun baş verməsinə qədər Türkiyə də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında böhranın çoxfunksiyalı, universal vasitəsi kimi hansı məsələləri həll edəcək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə  

Ərdoğanın çıxışı və Lavrovun işarəsi: Bu, Türkiyə üçün həlledici əhəmiyətə malik olacaq

2021/10/76868-1634898936.jpg
Oxunub: 925     14:34     22 Oktyabr 2021    

Bizi "telegram"da izləyin