Rəsmi Tbilisi çətin durumda: ABŞ “3+3” formatı barədə nə düşünür?

2021/10/76876-1634812618.jpg
Oxunub: 1200     16:44     21 Oktyabr 2021    
ABŞ müdafiə naziri Lloyd Oustin Tbilisiyə rəsmi səfəri zamanı Gürcüstanın “3 + 3” formatında mümkün iştirakından danışıb. O, eyni zamanda Rusiya tərəfini 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edib.

“Georgia Online” nəşrinin məlumatına görə, jurnalistlərin sualını cavablandıran Austin qeyd edib ki, Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiyanın hər hansı bir əməkdaşlıq formatı barədə danışmazdan əvvəl 2008-ci ilin atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsi daha yaxşı olardı.

ABŞ müdafiə nazirinin sözlərinə görə, Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı gücləndirməli və bir-biri ilə əməkdaşlıq etməlidir.

Qeyd edək ki, “3 + 3” formatı yaratmaq niyyəti bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən elan edilib. Bir formata Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiyanın qoşulacağı gözlənilir. Format Cənubi Qafqazda kommunikasiya və iqtisadi əlaqələrin açılması ilə məşğul olacaq.

İran təşəbbüsü müsbət qarşılayıb və bölgədə sülhün gücləndirilməsi üçün addımlar atmağa hazır olduğunu qeyd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin bu təşəbbüslə maraqlandığını qeyd edərək erməni tərəfi ilə işlədiklərini bildirib.

Gürcüstanın Xarici İşlər Nazirliyi ölkənin formatda iştirak etməkdə maraqlı olmadığını, ancaq təşəbbüslərdən kənarda qalmayacaq şəkildə çalışmalı olduğuqlarını qeyd edib.

Vaşinqton Moskvaya yeni regional miqyas yaratmaq əvəzinə öhdəliklərini yerinə yetirməyi məsləhət görür. 2008-ci il atəşkəs razılaşması həmin ilin 5 günlük avqust müharibəsində Gürcüstan ərazilərinin işğal edilməsindən sonra imzalanıb.

Başqa sözlə, ABŞ müdafiə naziri Moskvanın iştirakı ilə “3 + 3” regional formatı yaratmaq ehtimalını məqsədəuyğun hesab etmir.

Rusiya, Türkiyə, İran, Ermənistan, Gürcüstan, Azərbaycanın da daxil olacağı gözlənilən “3+3” formatı Azərbaycan və Türkiyə prezidentləri tərəfindən fəal şəkildə təbliğ edilən yeni regional platforma layihəsidir. Türkiyə ilə bəzi problemləri olan Vaşinqton bu baxımdan Ankaranın tək oyununu təsirli hesab etmədiyini göstərə bilər.

Türkiyə ilə müsbət əlaqələrə malik Tbilisi ABŞ-ın mövqeyini nəzərə alaraq, gələcəkdə necə reaksiya verəcəyi ilə də maraqlanır.

Gürcüstan-Amerika münasibətlərinə gəlincə, Vaşinqton bu ölkənin müdafiə qabiliyyətini genişləndirməklə yanaşı, onun Qərblə yaxınlaşmasını dəstəkləmək niyyətindədir. Bu barədə Pentaqon rəhbəri də danşıb: “Birləşmiş Ştatlar Gürcüstana müdafiə qüvvələrini gücləndirməyə, Avroatlantik inteqrasiyasını asanlaşdırmağa kömək etmək qərarına gəlib”.

Rusiya-Amerika münasibətləri getdikcə daha da gərginləşir. Artıq məlum olub ki, Rusiya NATO-dakı nümayəndəliyinin işini dayandırır. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Moskva bu addımı Şimali Atlantika Alyansının oktyabrın 6-da qəbul etdiyi qərara cavab olaraq atıb.

“NATO-nun hərəkətlərinə cavab olaraq Baş Hərbi Nümayəndə də daxil olmaqla daimi nümayəndəliyimizin fəaliyyətini dayandırırıq. NATO-nun Moskvada yerləşən hərbi rabitə missiyasının işini də dayandırırıq. İşçilərinin səlahiyyətləri noyabrın 1-dən etibarən ləğv ediləcək”, - deyə Lavrov bildirib.

Həmin qərar görə, Rusiyanın NATO-dakı Səlahiyyətli Nümayəndəliyində çalışan 8 diplomat etimadnaməsindən məhrum edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Türkiyə   Gürcüstan  

Rəsmi Tbilisi çətin durumda: ABŞ “3+3” formatı barədə nə düşünür?

2021/10/76876-1634812618.jpg
Oxunub: 1201     16:44     21 Oktyabr 2021    

Bizi "telegram"da izləyin