NATO Azərbaycandadır| Türkiyənin ABŞ-la Rusiya arasındakı "F" oyunu

2021/10/56756-1634798900.jpg
Oxunub: 3892     10:46     21 Oktyabr 2021    
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə münaqişənin sona çatmasından və sülhə ehtiyacdan danışıb. Lakin buna baxmayaraq Azərbaycan ordusu yaranacaq istənilən təhdidə qarşı təkmilləşməyə və silahlandırmağa davam edir.

Azərbaycan Silahlı Qüvvələri Türkiyədə “Dağ Komandoları” kursunu bitiriblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, “Dağ Komandoları” kursunda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi Türkiyənin İsparta şəhərinin Mərkəzi Təlim Komandanlığındakı Dağ Komando Məktəbində baş tutub. Mərasimdə çıxış edənlər təlimi başa vuran hərbçiləri təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Məzunlara kursu müvəffəqiyyətlə bitirdikləri barədə sertifikatlar verilib. Tədbirdən çox keçməmiş Azərbaycan Ordusunun yeni yaradılan komando hərbi hissəsi istifadəyə verildi.

Ümumiyyətlə, artıq Azərbaycan-Türkiyə ordularını artıq vahid ordu hesab etmək mümkündür. NATO üzvü Türkiyənin Azərbaycanda hərbi varlığı (Xüsusi Komandanlıq Qrupu) var, Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğun ordudur. Moskva keçmiş Sovet İttifaqı respublikalarında NATO-nun olmasına nə qədər qarşı çıxsa da, bu varlıq nisbətən təmin olunub.

Yeri gəlmişkən, oktyabrın sonunda Romada keçiriləcək Ərdoğan-Bayden görüşündən əvvəl Türkiyə-Amerika münasibətlərindəki böhran beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır. Nüfuzlu “Financial Times” qəzetinin köşə yazarı Laura Pittel məqaləsində NATO müttəfiqləri arasında müdafiə sistemlərinin alğı-satqısı ilə bağlı fikir ayrılığından yazıb. Pittel yazır ki, Türkiyənin döyüş təyyarələrinə olan tələbi prezident Baydeni çıxılmaz vəziyyətə salıb.

2019-cu ildə Türkiyə Rusiyadan S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemləri alanda ABŞ Türkiyəni F-35 qırıcı proqramından çıxarmağa qərar verib. Türkiyə bu yeni nəsil qırıcı təyyarələrdən 100-ə yaxın sifariş vermişdi. Türkiyə öz döyüş təyyarələrini istehsal etməyi hədəfləyir. Ancaq bu proqram uzaq gələcəyə aid olduğu üçün Türkiyə ən azından F-16 alaraq bu boşluğu doldurmağa çalışır

Türkiyənin 40 ədəd F-16 qırıcı təyyarəsi almaq, habelə 80-ə yaxın qırıcı təyyarəsini təkmilləşdirmək üçün ABŞ-a müraciət etməsi təsadüf deyil. “Reuters”in verdiyi məlumata görə milyardlarla dollar dəyərində olan müqavilə hələ də Dövlət Departamenti tərəfindən araşdırılır. Respublikaçılar və Demokratlar ABŞ rəhbərliyini Rusiyadan S-400 alışı ilə əlaqədar Ankaraya təzyiq göstərməyə çağırır və razılaşma təsdiqlənsə belə, Konqresin ona mane ola biləcəyi istisna edilmir.

“Bu yeni müqavilə hər iki tərəf üçün faydalıdır. Türkiyə hava qüvvələrini modernləşdirə bilər, qonşu Yunanıstan isə Fransa istehsalı “Rafale” və ABŞ istehsalı F-35 ilə silahlanır. Türkiyənin aldığı S-400 sistemləri ABŞ-ın beşinci nəsil qırıcı təyyarələri üçün təhlükə yaradır, lakin köhnə F-16-larda belə bir problem olmayacaq. ABŞ bu razılaşmadan böyük fayda əldə edə bilər, eyni zamanda Rusiya-Türkiyə yaxınlaşmasından narahat olan Qərb müttəfiqləri ilə gərginliyi azalda bilər”, - deyə Pittel qeyd edib.

Köşə yazarının fikrincə, Bayden administrasiyası F-16 müqaviləsində Ərdoğanın maraqlarını müdafiə etsə də, Türkiyə Rusiya ilə hərbi-sənaye əməkdaşlığından əl çəkməyəcək. Türkiyə prezidenti bu yaxınlarda “CBS News”a verdiyi müsahibədə Ankaranın müdafiə sistemlərinin alınması ilə bağlı qərarlarına heç kimin müdaxilə edə bilməyəcəyini bildirmişdi.

“Digər tərəfdən Vaşinqton F-16-nı Türkiyəyə satmaqdan imtina etmək qərarına gəlsə, bu, Rusiya ilə hərbi əlaqələri dərinləşdirmək üçün yeni bir bəhanə olacaq. Bu ssenari də ABŞ-ın yeni sanksiyalarını gətirəcəyi və Türk hərbi sənayesinin genişlənməsinə zərər verəcəyi üçün Türkiyə üçün də arzuolunan deyil”, - deyə “Financial Times” nəşri yazıb.

Ərdoğan qeyd edir ki, Rusiya S-400-lərinin alınması Türkiyə üçün mümkündür. O, Türkiyənin başqa çarəsi yoxdursa, Rusiya və ya Çin qırıcı təyyarələri alaraq bu boşluğu dolduracağını istisna etmir. 2019-cu ildə Rusiyada prezident Vladimir Putinlə bir hava şousunu izləyərkən Ərdoğan Rusiya istehsalı Su-57 qırıcıları ilə maraqlanıb. Qərb Ərdoğanın bu mövzuda həqiqətən ciddi addımlar ata biləcəyindən narahatdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Türkiyə   F-16  

NATO Azərbaycandadır| Türkiyənin ABŞ-la Rusiya arasındakı "F" oyunu

2021/10/56756-1634798900.jpg
Oxunub: 3893     10:46     21 Oktyabr 2021    

Bizi "telegram"da izləyin