Düşmənə dərs keçən müəllim - Şəhid məktəb direktorunun abidəsinin açılışı olub (FOTOLAR)

2021/10/24588-3269113530.jpg
Oxunub: 2101     17:00     18 Oktyabr 2021    
Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə o da könüllü olaraq qatılmışdı. Tədris etdiyi dərslərdə şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsini təmin edən şəhid hərbçimiz Emin İmaməliyev özü əyani olaraq şagirdlərə ömürlük nümunəyə çevrilib, dillərə dastan olub.

Ordu.az xəbər verir ki, bu gün şəhid məktəb direktorumuzun rəhbəri olduğu Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə abidə kompleksinin açılışı olub.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri, rayon sakinləri, təhsil işçiləri və şəhidin ailə üzvləri iştirak ediblər. Açılış mərasimində şəhidin iki azyaşlı oğul övladlarının müşayəti ilə abidənin önünə əkil qoyulub. Tədbirdə çıxış edənlər 31 yaşlı məktəb direktorunun vətən sevgisindən, müəllim peşəsini əziz bilib şərəf və vicdanla dərsləri tədris etdiyi kimi döyüşlərdə də eyni əqidə ilə düşmənə əzmkarlıq nümayiş etdirməsindən bəhs ediblər. Əlindəki qələmini silahla əvəz edən məktəb direktorunun bu gün geridə qoyduğu mənəvi irs gələcək nəsillərə örnək olacaq, onların vətənpərvər ruhda böyüməsində müstəsna rol oynayacaq.

Elvin İmaməliyev Elsəvər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonun Qırılı kəndində anadan olub.1995–2006-cı illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı. Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi.

Elvin İmaməliyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Elvin İmaməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Şuşanın azad olunmasına görə" və " Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi. İki oğul övladı yadigar qalıb.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Şəhid   Direktor  

Düşmənə dərs keçən müəllim - Şəhid məktəb direktorunun abidəsinin açılışı olub (FOTOLAR)

2021/10/24588-3269113530.jpg
Oxunub: 2102     17:00     18 Oktyabr 2021    

Bizi "telegram"da izləyin