Ermənistan 2024-cü ildə yeni SSRİ-nin tərkibində?

2021/10/54666-1635245027.jpg
Oxunub: 4757     16:32     26 Oktyabr 2021    
Rusiya Prezidenti Vladimir Putinin “Əbədi birlikdə” (Naveki vmeste) sözləri ilə olan böyük şəkilləri əvvəlcə Ermənistanda Gümrüdə, daha sonra digər bölgələrdə, bu yaxınlarda Kəvər yolunda da peyda olub.

Təsadüfdürmü? Əlbəttə, yox. Bundan əvvəl mayın 2-də Kremlin baxışlarını ifadə edən “Regnum” agentliyi Artaşes Geğamyanın “Ermənistan Rusiya-Belarus birliyinin tərkibinə daxil olmalıdır” başlıqlı geniş məqaləsini dərc etmişdi. Yayda artıq xəbərlər yayıldı ki, iyulun 10-da Paşinyan-Putin görüşündə Ermənistanın Rusiya-Belarus ittifaq müqaviləsinə qoşulması məsələsi müzakirə olunacaq.

Rbc.ru bildirdi ki, AİB-də 2025-ci ildə 5 ölkənin birgə neft-qaz və enerji bazarına başlamaq, müqaviləni isə 2022-ci ildə imzalamaq barədə artıq razılaşma var. Hələlik mərhələli variantda SSRİ-ni bərpa etmək arzusu müxtəlif vaxtlarda Rusiya Prezidenti Putinə aid edilib. Beləliklə, 2024-cü ilə qədər AİB-ə daxil olan 5 ölkə, yəni Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan birlik müqaviləsi altında toplanmalıdır.

Bir neçə gün əvvəl MDB-yə üzv olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının anti-terror bölmələrinin rəhbər heyətinin toplantısını koordinasiya edən Putinin simvolik tarixlərə qarşı zəifliyi var, 2022-ci ildə isə SSRİ-nin yaranmasının 100 illiyi tamam olur. 1920-22-ci illərdə Sovet Rusiyası ilə keçmiş respublikalar arasında xarici siyasət, müdafiə və iqtisadi fəaliyyət sahəsində əməkdaşlıq müqavilələri imzalandı, bu müqavilələr SSRİ-nin yaranmasını məntiqli etdi.

2021-ci il sentyabrın 10-da Minskdə Belarus-Rusiya birlik müqaviləsinin 28 sənəddən ibarət geniş hüquqi müqavilə paketi imzalandı. Bununla Rusiya və Belarusun siyasətinin bütün sahələri tənzimlənəcək: vergi, gömrük, pul, qaz, neft və elektrik bazarı qanunvericiliyi.

Paket çox güman ki, Ermənistana da təklif olunacaq. 2022-ci ilə qədər, yəni 1 ildə, Rusiya və Belarusun mərkəzi bankları ümumi pul siyasəti üçün razılaşma imzalayacaq, bu, iki ölkənin iqtisadiyyatı üçün “oxşar maliyyə şərtləri”, eləcə də “inflyasiyanın müqayisəolunan və sabit aşağı səviyyəsini” yaradacaq. Moskva və Minsk terrorizmə və çirkli pulların yuyulmasına qarşı mübarizə qanunlarını, habelə xarici dövlətlərdə hesabların açılması və valyuta əməliyyatları sahələrinin qanunvericiliyini bir-biri ilə razılaşdırmalıdır. Müqavilədə hələ tarixlər qeyd olunmayıb.

Rusiya və Belarus sürətli ödəmə əməliyyatları, maliyyə köçürmələri və bazara nəzarət məsələsində də ortaq siyasət həyata keçirəcək. Və nəhayət, tərəflər ölkələrində fəaliyyət göstərən şirkətlərin “müqayisəli sistematik maliyyə hesabatlılığı” məsələsində şərtləri təmin etməlidirlər. Ölkələr məsləhətçi xarakter daşıyacaq yeni bir orqan - Vergi Məsələləri üzrə Birgə Dövlət Komitəsi yaratmalıdır.

Dolayı yolla vergilərin toplanması prinsipləri ətrafında müqavilələr imzalanacaq. Bu, əlavə dəyər vergisinə də aid olacaq.

Qaz, neft və energetika: 2022-ci ilin iyulunda Rusiya və Belarus 2 ölkənin vahid qaz kəmərinin necə işləyəcəyi məsələsini razılaşdırmalıdır. Müddətlər və bunların tətbiq prinsipləri haqqında qərar 2023-cü il dekabrın 1-nə qədər qəbul edilməlidir.

Moskva və Minsk Belarusda qazın tarifinin qiyməti istiqamətində fəaliyyətlərini koordinasiya etməli, elektrik enerjisi, neft və neft məhsulları üçün vahid bazarlarla bağlı müqavilələr imzalamalıdır. AİB-də artıq mövcud olan razılaşmalara əsasən, vahid neft-qaz və enerji bazarları barədə müqaviləni 2022-ci ildə imzalamaq, 2025-ci ildə isə 5 ölkə olan Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın vahid bazarının yaradılmasına başlamaq planlaşdırılır.

İki ölkənin şirkətlərinin dövlət sifarişinə və dövlət satınalmalarına bərabər girişi də təsbit edilir.

Nəqliyyat sahəsində: Rusiya və Belarus təyyarələri üçün birgə hava limanları və hava naviqasiya xidmətləri tətbiq edilməlidir. Dəmir yolunun tarif tənzimlənməsi də birləşdiriləcək. Belarus və Rusiya gəmiləri ümumi prinsiplərlə birlik dövlətinin ərazisində üzəcək. İki ölkə arasında rouminq ləğv ediləcək. Dövlət xidmətləri, elektron imzaların birgə istifadəsi sahəsində də uyğunlaşma nəzərdə tutulur.

Dekabrın 31-nə qədər ümumi istehlak bazarının hüquqlarının qorunması haqqında müqaviləni imzalayacaqlar, ticarət və iaşə sahələri ilə bağlı da ümumi tələblər müəyyənləşdiriləcək.

Məcburi etiketlənməli olan məhsulları qarşılıqlı şəkildə tanımaq planlaşdırılır, hazırda isə dərman preparatları, siqaret, parfümeriya, dəri əşyalar və sair məcburi etiketləmə mövzusudur. Turizm sahəsində də ortaq qanunlar fəaliyyət göstərəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   SSRİ  

Ermənistan 2024-cü ildə yeni SSRİ-nin tərkibində?

2021/10/54666-1635245027.jpg
Oxunub: 4758     16:32     26 Oktyabr 2021    

Bizi "telegram"da izləyin