ABŞ Ordusunun PrSM dəqiq zərbə raketləri ən uzun uçuşunu tamamlayıb

2021/10/Locke-1633330692.jpg
Oxunub: 658     16:02     18 Oktyabr 2021    
ABŞ Ordusunun PrSM (Precision Strike Missile - yüksək dəqiqlikli zərbə raketi) raketləri maksimum həddi aşaraq bu günə qədərki ən uzun uçuşunu tamamlayıb.

Ordu.az xəbər verir ki, bu barədə raketin istehsalçısı olan “Lockheed Martin” şirkəti məlumat yayıb.

Sınaqlar Kaliforniya ştatının Vandenberg Kosmik Qüvvələri Bazasında keçirilib.

Bu, raketin həyata keçirdiyi ardıcıl beşinci uğurlu uçuş sınağıdır.

Şirkət sınaq zamanı raketin uçduğu məsafəni açıqlamayıb. Qeyd edək ki, PrSM may ayında 400 km-dən çox məsafə qət etmişdi.

PrSM Ordu Taktiki Raket Sistemini əvəz edəcək. 2023 -cü ildə satışa çıxarılacağı gözlənilir.

Mediada Rusiyanın S-400 və digər hava hücumundan müdafiə sistemlərinin “qatili” adlandırılan raketlərin bu il ilk atış sınaqlarının keçirilməsinə qərar verilib. PrSM proqramı 2017-ci ilin mart ayında başladılıb. Proqramın məqsədi hazırda ABŞ ordusunun MGM-140 ATACMS Operativ-Taktiki Raket Kompleksi (OTRK) ailəsini əvəz etmək üçün rəsmi olaraq 60-499 km aralığında mənzilə sahib olan yeni nəsil yüksək dəqiqlikli OTRK-nin yaradılmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PrSM   OTRK  


ABŞ Ordusunun PrSM dəqiq zərbə raketləri ən uzun uçuşunu tamamlayıb

2021/10/Locke-1633330692.jpg
Oxunub: 659     16:02     18 Oktyabr 2021    
ABŞ Ordusunun PrSM (Precision Strike Missile - yüksək dəqiqlikli zərbə raketi) raketləri maksimum həddi aşaraq bu günə qədərki ən uzun uçuşunu tamamlayıb.

Ordu.az xəbər verir ki, bu barədə raketin istehsalçısı olan “Lockheed Martin” şirkəti məlumat yayıb.

Sınaqlar Kaliforniya ştatının Vandenberg Kosmik Qüvvələri Bazasında keçirilib.

Bu, raketin həyata keçirdiyi ardıcıl beşinci uğurlu uçuş sınağıdır.

Şirkət sınaq zamanı raketin uçduğu məsafəni açıqlamayıb. Qeyd edək ki, PrSM may ayında 400 km-dən çox məsafə qət etmişdi.

PrSM Ordu Taktiki Raket Sistemini əvəz edəcək. 2023 -cü ildə satışa çıxarılacağı gözlənilir.

Mediada Rusiyanın S-400 və digər hava hücumundan müdafiə sistemlərinin “qatili” adlandırılan raketlərin bu il ilk atış sınaqlarının keçirilməsinə qərar verilib. PrSM proqramı 2017-ci ilin mart ayında başladılıb. Proqramın məqsədi hazırda ABŞ ordusunun MGM-140 ATACMS Operativ-Taktiki Raket Kompleksi (OTRK) ailəsini əvəz etmək üçün rəsmi olaraq 60-499 km aralığında mənzilə sahib olan yeni nəsil yüksək dəqiqlikli OTRK-nin yaradılmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PrSM   OTRK  


Bizi "telegram"da izləyin