Küveytdə “Eurofighter Typhoon” istintaqı dərinləşir

2021/10/Eurof-1634369083.jpg
Oxunub: 916     12:42     23 Oktyabr 2021    
Küveyt Parlamenti İtaliyadan alınan “Eurofighter Typhoon” döyüş təyyarələrinin olduqca baha alınması səbəbiylə başladılan istintaqı dərinləşdirir.

Ordu.az xəbər verir ki, bu barədə “Gulf News” agentliyi yazıb.

Küveyt Müdafiə Nazirliyi 2015-ci ilin sentyabr ayında İtaliya ilə Küveyt Hərbi Hava Qüvvələrinə 28 ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi almaq üçün anlaşma memorandumu imzalayıb. Daha sonra 2016-cı ilin aprelində İtaliyanın “Leonardo” şirkəti ilə 8 milyard avroluq müqavilə imzalanıb. Küveyt Müdafiə Nazirliyi ilə “Leonardo” şirkəti arasında imzalanan müqaviləyə əsasən satın alınacaq “Eurofighter Typhoon” döyüş təyyarələrinin qiyməti olduqca baha olduğuna görə Küveyt Parlamenti keçən il araşdırmaya başlamışdı.

İstintaq hazırda koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan hərəkət və sağlamlıq protokollarına qoyulan məhdudiyyətlərlə bağlı çıxılmaz vəziyyətdədir, lakin mübahisəli iddia müqaviləsi ilə bağlı artıq ortaya çıxan bir neçə sual və şübhə var.

Parlament İtaliyadan satın alınan hər “Eurofighter Typhoon” təyyarəsinin dəyərini 321 milyon dollar olaraq açıqlayıb. Bu qiymətə sursat və bir sıra əlavə avadanlıqlar daxildir.

Küveyt Parlamenti Qətərin 6,25 milyard dollara 24 ədəd, Səudiyyə Ərəbistanının 8,86 milyard dollara 24 ədəd, Omanın isə 2,24 milyard dollara 24 ədəd “Typhoon”, aldığını bildirib. Küveyt Müdafiə Nazirliyi isə 28 ədəd (6 cüt, 22 tək oturacaqlı) döyüş təyyarələri üçün təxminən 9 milyard ABŞ dolları ödəyib.

Əsas müqaviləyə əlavə olaraq, Küveyt mənbələri orijinal müqavilənin müxtəlif köməkçi qurğular üçün bir neçə əlavədən ibarət olduğunu bildirib. İddiaya görə, bu qurğular aşağıdakılardır: Döyüş pilotlarının istifadə edəcəyi döyüş bazası üçün beşulduzlu klub və duzdan təmizləmə stansiyası tikmək. “Gulf News”un məlumatına görə, bu obyektlərin tikintisinə dair müqavilələr yerli podratçı şirkətə verilib, lakin bu cür müqavilələr bir çox podratçıya ayrıca təklif edilməlidir.

Küveyt üçün istehsal ediləcək 28 təyyarənin indiyə qədər istehsal edilən ən yüksək qiymətli “Eurofighter Typhoon” olması gözlənilir. Təyyarələrdə “hava-hava” raketi olaraq AIM-120C7 AMRAAM, “Meteor” və IRIS-T istifadə ediləcək, MK-80 seriyalı (MK-82, MK-83 və MK-84) ümumi təyinatlı bombalar və GBU-31 JDAM tipli ağıllı bombalar da qırıcının silahlanmasında yer alacaq. Təyyarə “Captor-E” adlı AESA radarı və “Snayper” hədəf nişanalma cihazı ilə təchiz ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Küveyt   Eurofighter-Typhoon  

Küveytdə “Eurofighter Typhoon” istintaqı dərinləşir

2021/10/Eurof-1634369083.jpg
Oxunub: 917     12:42     23 Oktyabr 2021    

Bizi "telegram"da izləyin