ABŞ Hərbi Dəniz Qüvvələri “Chafee” esminesinin beynəlxalq qanunları pozmadığını bildirib

2021/10/616a1-1634358807.jpg
Oxunub: 667     12:16     16 Oktyabr 2021    
“Yapon dənizində ABŞ-ın “Chafee” esminesinin etdiyi bütün hərəkətlər beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçirilib”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının yaydığı bəyanatında bildirilib.

Qeyd edilib ki, Rusiya Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı bəyanat doğru deyil.

Bəyanatda, həmçinin, Rusiya tərəfinin amerikalı dənizçilərinin qeyri -peşəkar hərəkətlərinə işarə edilməsinə rəğmən bildirilib ki, ABŞ Sakit Okean Donanması qarşılıqlı əlaqədə təhlükəsiz və peşəkarlıq nümayiş etdirib.

Xatırladaq ki, oktyabrın 15-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Chafee” esminesinin (döyüş hərbi gəmisi – red.) Yapon dənizində Rusiya dövlət sərhədini pozmağa cəhdlə bağlı ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb. Attaşenin diqqətinə çatdırılıb ki, açıq dənizlərdə insidentlərin qarşısının alınması ilə bağlı Rusiya-ABŞ arasında mövcud olan müqaviləsinin müddəalarını kobud şəkildə pozan amerikalı dənizçilər qeyri-peşəkar hərəkət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Chafee  


ABŞ Hərbi Dəniz Qüvvələri “Chafee” esminesinin beynəlxalq qanunları pozmadığını bildirib

2021/10/616a1-1634358807.jpg
Oxunub: 668     12:16     16 Oktyabr 2021    
“Yapon dənizində ABŞ-ın “Chafee” esminesinin etdiyi bütün hərəkətlər beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçirilib”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının yaydığı bəyanatında bildirilib.

Qeyd edilib ki, Rusiya Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı bəyanat doğru deyil.

Bəyanatda, həmçinin, Rusiya tərəfinin amerikalı dənizçilərinin qeyri -peşəkar hərəkətlərinə işarə edilməsinə rəğmən bildirilib ki, ABŞ Sakit Okean Donanması qarşılıqlı əlaqədə təhlükəsiz və peşəkarlıq nümayiş etdirib.

Xatırladaq ki, oktyabrın 15-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Chafee” esminesinin (döyüş hərbi gəmisi – red.) Yapon dənizində Rusiya dövlət sərhədini pozmağa cəhdlə bağlı ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb. Attaşenin diqqətinə çatdırılıb ki, açıq dənizlərdə insidentlərin qarşısının alınması ilə bağlı Rusiya-ABŞ arasında mövcud olan müqaviləsinin müddəalarını kobud şəkildə pozan amerikalı dənizçilər qeyri-peşəkar hərəkət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Chafee  


Bizi "telegram"da izləyin