Putinin çağırışı və erməni terroru: MDB dövlətlərinin xüsusi xidmət orqanları nəyə diqqət etməlidir?

2021/10/223-1634309752.jpg
Oxunub: 2205     10:45     16 Oktyabr 2021    
MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdə Rusiya Prezidenti Putin onları MDB ərazisini təhdidlərdən qorumaq üçün xidmətlərin potensialını birləşdirməyə çağırıb. MDB dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərləri növbəti müzakirə üçün Moskvaya toplaşıblar, Putinlə isə onlayn şəkildə görüşüblər.

Rusiya Prezidentinin çağırışı və ya məsləhəti ciddi məsələdir, amma ən azından Azərbaycan nöqteyi-nəzərindən bu, sadəcə gülüş yaradır, yaxud söhbət MDB üzvü olan Azərbaycana MDB ərazisi hesab edilən zonadan gələn təhdiddən getməsəydi, gülüş yaradardı.

Məsələ burasındadır ki, MDB-nin ərazisi hesab edilən Ermənistanda artıq uzun müddətdir Azərbaycana qarşı müharibə zamanı istifadə edilən və hazırda da orada qalan muzdlu terrorçular var. Bunlara həm PKK terror təşkilarının üzvləri, həm Livandan gətirilən muzdlular, həm də ölkə daxilində VOMA kimi təşkilatların təlim keçdiyi terrorçular daxildir. Şübhəsiz ki, Rusiyanın xüsusi xidmət orqanları bu barədə məlumatlara sahibdir. Rusiyanın bu məlumata nə qədər ətraflı formada malik olduğuna heç bir şübhə yoxdur. Həmçinin şübhə yoxdur ki, Moskva buna məhz əvvəldən malik olub və Ermənistan MDB ərazisi hesab edilən Azərbaycana qarşı necə təhdid idxal etdiyini, bununla Azərbaycana qarşı müharibəyə hazırlaşdığını sadəcə izləyib.

Və indi Rusiya Prezidenti Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarına MDB ərazisini təhlükədən qorumaq üçün səyləri birləşdirməyə çağırdıqda, rusların ərazisini təhlükələrlə doldurmuş Ermənistanın idarəetmə dairələri ilə sahib olduğu biznesi və başqa yaxın əlaqələri nəzərə alsaq, bu çağırış ən azından qeyri-ciddi səslənir. Şübhəsiz ki, Putin bundan xəbərsiz deyil və əlbəttə ki, MDB ölkələrinin xüsusi xidmət orqanlarının hamısı bundan xəbərsiz deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   MDB  

Putinin çağırışı və erməni terroru: MDB dövlətlərinin xüsusi xidmət orqanları nəyə diqqət etməlidir?

2021/10/223-1634309752.jpg
Oxunub: 2206     10:45     16 Oktyabr 2021    

Bizi "telegram"da izləyin