Hindistan Qafqazdakı yeni vəziyyətlə barışıb?| O, Avroatlantik təşəbbüslə Avrasiya təhlükəsizlik zonası arasındadır

2021/10/AP192-1633770934.jpg
Oxunub: 641     11:32     16 Oktyabr 2021    
Hindistanın Xarici İşlər nazirinin İrəvanda ATƏT-in Minsk qrupu formatına dəstəyini elan etməsi yalnız zahirən növbəti bəyanat kimi görünə bilər. Hindistan böyük ehtimalla beynəlxalq təhlükəsizlik sisteminin “nəzərə çarpan” məntiqi çərçivəsində əsas oyunçu olacaq.

Məntiq budur ki, təhlükəsizlik sistemi müxtəlif çapda olan lokal formatlara tranformasiya edilir. Bu lokal formatlar geosiyasi mübarizənin yeni mövqe, taktiki mərhələsini nəzərdə tuta bilər. Hindistan isə burada ABŞ-Böyük Britaniya-Avstraliya üçlüyü ilə oynamağa başlayıb.

Perspektiv baxımından əsas məsələlərdən biri üçlük və Hind-Sakit okean regionunda üstünlük qazanmaq məsələsində onların məqsədi mənasında rəsmi Dehlinin mövqeyinin necə olacağı olacaq.

Bundan bir neçə gün sonra Vaşinqtonda dörd ölkə olan ABŞ, Avstraliya, Hindistan və Yaponiya liderləri arasında görüş baş tutduğu və birgə bəyanat verildiyi məlum oldu. Bu, beynəlxalq təhlükəsizlik sisteminin panoramalarındakı yeni tendensiyalar baxımından lokal Avrasiya formatının iştirakçılarının çərçivəsini təsvir edir.

Cənubi Qafqaz isə təbii olaraq Avrasiya təhlükəsizlik “zona”sındadır. Əlbəttə, bu, yumşaq dildə desək, həm qısamüddət, həm də orta müddət mənasında təhlükəsizlik nöqteyi-nəzərindən regionun malik olduğu problemlərə uyğun gəlmir və tamamilə adekvat deyil.

Üstəlik, bu baxımdan rus zonası və ya çərçivəsi region üçün özlüyündə bir problemdir. Eyni zamanda əsasən Avroatlantik təhlükəsizlik sistemi ilə birbaşa iş baxımından sözügedən məsələnin alternativlərinin formalaşması prosesi kifayət qədər mürəkkəbdir, çünki bu, rus çərçivəsində regiona qarşı manipulyasiya və təzyiqlərə səbəb olur.

Bu kontekstdə Avrasiya təhlükəsizlik sisteminin təbii zonasında Hindistanın rolu və şərti olaraq ABŞ-ın Avroatlantik təşəbbüsü ilə Avrasiya təhlükəsizlik zonasının formalaşdırılmasının yeni təşəbbüsündə iştirak region üçün çox vacib hala çevrilir. Bu kontekstdə, Dehlinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istədiyini, qarşıdakı iki il üçün hələlik qeyri-daimi üzvü olduğunu da nəzərə alsaq, Hindistanın regionda aktivləşməsi dəyərləndirilməli olan addımdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Ermənistan  

Hindistan Qafqazdakı yeni vəziyyətlə barışıb?| O, Avroatlantik təşəbbüslə Avrasiya təhlükəsizlik zonası arasındadır

2021/10/AP192-1633770934.jpg
Oxunub: 642     11:32     16 Oktyabr 2021    

Bizi "telegram"da izləyin