Ermənistan-Rusiya münasibətlərinin “çöküntü”sü: Paşinyanın Moskva səfərinin gizli nüansları

2021/10/pasik-1634289830.jpg
Oxunub: 3280     14:52     15 Oktyabr 2021    
Paşinyanın hakimiyyəti dövründə Ermənistan-Rusiya münasibətlərində xüsusi bir soyuqluq və inamsızlıq nəzərə çarpdığı barədə tez-tez danışılıb. Bəlkə də məhz Nikol Paşinyana görə Rusiya ilə tərəfdaşlığın pozulması, regional inkişaflar nəticəsində Ermənistan ən pis vəziyyətə düşüb.

Rusiyanın Cənubi Qafqazda ən böyük təsirə malik olan ölkə olduğunu nəzərə almaq lazımdır və aydındır ki, Ermənistanda maraqlara sahib olan digər qüvvələr Rusiya ilə hesaba oturmaya bilməz. Lakin bu hal diqqətəlayiqidir ki, Ermənistan səlahiyyətliləri Ruisya ilə müttəfiqlik və strateji tərəfdaşlıq haqqında danışmağa davam edirlər, ancaq hadisələrin göstərdiyi kimi, bu tərəfdaşlıq daha çox birtərəfli təbiətə malikdir.

Paşinyan Putinlə görüşmək və danışmaq məqsədilə hər il bir neçə dəfə Moskvaya gedir (məsələn, bu il artıq 4-cü görüş baş tutdu), lakin Rusiya Prezidenti son üç ildə bir dəfə belə olsun Ermənistana rəsmi səfər etməyib.

2019-cu ildə Putinin Ermənistana səfər etdiyini unutmamışıq, lakin bu, sadəcə Avrasiya İqtisadi Birliyinin sammitinin işlərində iştirak etmək zərurəti ilə əlaqədar idi. O vaxt Putin Ermənistanda cəmi bir neçə saatlıq oldu, lakin Paşinyan uğursuzluğa uğramış siyasəti əsaslandırmaq və Ermənistan-Rusiya münasibətlərinin “parlaq” olduğunu göstərmək üçün bu saatlar ərzində Putinlə iki dəfə görüşməyi bacardı.

Üstəlik də Putin getməzdən əvvəl o günlərdə həbsdə olan ikinci prezident Robert Köçəryanın ailə üzvləri ilə görüşmüşdü. Bu, Paşinyanı sadəcə şoka salmışdı.

Necə deyərlər, diplomatik sahədə heç nə təsadüfi olmur və görüşlərin səviyyəsi, formatı münasibətlərin keyfiyyətini vurğulamaq üçün böyük əhəmiyyətə malikdir, mövcud reallıq isə Ermənistan-Rusiya münasibətlərində mövcud olan soyuqluğu sübut edir. Üstəlik, Ermənistan-Rusiya münasibətlərinin tamamilə asimmetrik xarakter alması Paşinyanı o qədər də narahat etmir.

Yəni, Ermənistan həmişə Rusiyadan yardım istəyən rolunda çıxış edir və rus həmkarlarına təklif etmək üçün heç nəyə sahib deyil. Bundan başqa, Ermənistan beynəlxalq hüququn subyekti kimi sanki mövcud olmağı dayandırıb, çünki Ermənistana aid olan məsələlərlə Rusiya məşğul olmağa başlayıb.

Prezident İlham Əliyev həmişə bildirir ki, “Zəngəzur dəhlizi”nin açılması üçün Ermənistanla danışmağa ehtiyac belə yoxdur, bu məsələ üzrə birbaşa olaraq Rusiya tərəfi ilə danışmaq olar.

Lakin hər bir məsələdə Rusiyanın dəstəyinə güvənmək mane olmur ki, Paşinyan, məsələn, Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsi üzrə Gürcüstan tərəfinin vasitəçiliyini qazanmağa çalışsın və Gürcüstan Baş nazirindən xahiş etsin ki, Türkiyə Prezidenti ilə görüş təklifini Ərdoğana ötürsün.

Ermənistan-Gürcüstan münasibətlərini inkişaf etdirmək kimi bənzər addımlarla Paşinyan sadəcə olaraq Rusiya tərəfini qıcıqlandıra bilər. Xüsusən də Lavrov bildirmişdi ki, onlar Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq məsələsində vasitəçilik etməyə hazırdırlar.

Rusiya Prezidenti İlham Əliyevlə görüş zamanı kompromis həllərə təkan verdiyinə görə İlham Əliyevə təşəkkür edir, 20 iyun seçkilərindən dərhal sonra isə artıq Paşinyanla görüş zamanı vurğulayır ki, Paşinyanın seçkilərdə qazandığı etimaddan sonra ağır, çətin məsələlər və həllər gözlənilir.

Oktyabrın 12-də son Paşinyan-Putin görüşü zamanı Rusiya Prezidenti “vaxtları dəqiqləşdirmək”, son dövrdə ətraflı şəkildə müzakirə etdikləri və onların qərarlarına ehtiyac duyan bütün məsələlər ətrafında danışmaq üçün hazırlığını bildirirdi. Təbii olaraq aydındır ki, Putin Paşinyanın ətrafında danışıq apardığı Ermənistan üçün ağır, çətin məsələlər haqqında danışır.

Ermənistana aid olan hansısa sənəd və ya sənədlər hazırlandığına dair pərdə arxasında məlumatlar dövriyyəyə qoyulması bəlkə də bu halla əlaqədardır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya  

Ermənistan-Rusiya münasibətlərinin “çöküntü”sü: Paşinyanın Moskva səfərinin gizli nüansları

2021/10/pasik-1634289830.jpg
Oxunub: 3281     14:52     15 Oktyabr 2021    

Bizi "telegram"da izləyin