Yunanıstan və ABŞ əməkdaşlığı gücləndirmək üçün müdafiə müqaviləsini yeniləyib

2021/10/21428-1634281755.jpg
Oxunub: 397     16:42     15 Oktyabr 2021    
Yunanıstan və ABŞ iki ölkə arasında uzunmüddətli müdafiə əməkdaşlığını gücləndirmək üçün müdafiə müqaviləsini yeniləyib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, güclü siyasi və iqtisadi əlaqələri olan iki NATO müttəfiqi müqavilələrini 5 il müddətinə uzadıblar.

ABŞ dövlət katibi Entoni Blinken Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə birlikdə Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Yunanıstanda bir neçə hərbi bazaya sahibdir və bu müqavilə onların müdafiə müqaviləsinin qeyri-müəyyən müddətə “qüvvədə qalmasını” təmin edəcək,

“Bu gün müdafiə əməkdaşlığımızı gücləndiririk. Bu yeniləmə razılaşmanın sonsuza qədər qüvvədə qalmasına və Yunanıstandakı qüvvələrimizin əlavə yerlərdən təlim keçməsinə və fəaliyyət göstərməsinə imkan verəcək”, - dəyə Blinken qeyd edib.

Dendias hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə qorumaq əzmində olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ  


Yunanıstan və ABŞ əməkdaşlığı gücləndirmək üçün müdafiə müqaviləsini yeniləyib

2021/10/21428-1634281755.jpg
Oxunub: 398     16:42     15 Oktyabr 2021    
Yunanıstan və ABŞ iki ölkə arasında uzunmüddətli müdafiə əməkdaşlığını gücləndirmək üçün müdafiə müqaviləsini yeniləyib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, güclü siyasi və iqtisadi əlaqələri olan iki NATO müttəfiqi müqavilələrini 5 il müddətinə uzadıblar.

ABŞ dövlət katibi Entoni Blinken Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə birlikdə Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Yunanıstanda bir neçə hərbi bazaya sahibdir və bu müqavilə onların müdafiə müqaviləsinin qeyri-müəyyən müddətə “qüvvədə qalmasını” təmin edəcək,

“Bu gün müdafiə əməkdaşlığımızı gücləndiririk. Bu yeniləmə razılaşmanın sonsuza qədər qüvvədə qalmasına və Yunanıstandakı qüvvələrimizin əlavə yerlərdən təlim keçməsinə və fəaliyyət göstərməsinə imkan verəcək”, - dəyə Blinken qeyd edib.

Dendias hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə qorumaq əzmində olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ  


Bizi "telegram"da izləyin