Lavrov və Abdullahian İranla bağlı nüvə razılaşmasını müzakirə ediblər

2021/10/61689-1634272831.jpg
Oxunub: 481     11:01     15 Oktyabr 2021    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Ordu.az Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı (JCPOA) ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Söhbətin İran tərəfinin təşəbbüsü ilə baş tutduğu deyilir.

“İranın nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ətrafında vəziyyət nəzərdən keçirildi. “Nüvə razılaşması”nın başlanğıc balanslaşdırılmış konfiqurasiyada bərpasının bütün tərəflər üçün hüquq və maraqların təmin edildiyi yeganə düzgün yol olması təsdiqləndi”, - məlumatda belə deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Abdullahian  


Lavrov və Abdullahian İranla bağlı nüvə razılaşmasını müzakirə ediblər

2021/10/61689-1634272831.jpg
Oxunub: 482     11:01     15 Oktyabr 2021    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Ordu.az Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı (JCPOA) ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Söhbətin İran tərəfinin təşəbbüsü ilə baş tutduğu deyilir.

“İranın nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ətrafında vəziyyət nəzərdən keçirildi. “Nüvə razılaşması”nın başlanğıc balanslaşdırılmış konfiqurasiyada bərpasının bütün tərəflər üçün hüquq və maraqların təmin edildiyi yeganə düzgün yol olması təsdiqləndi”, - məlumatda belə deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Abdullahian  


Bizi "telegram"da izləyin