Tonoyan Paşinyanı BQ rəisi ilə şantaj edir? - Qalmaqal dərinləşir

2020/11/image-1606208915.jpg
Oxunub: 667     11:21     15 Oktyabr 2021    
Ermənistanın keçmiş Müdafiə naziri David Tonoyan ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir və heç bir halda qəbul etməyəcək, çünki onu törətmədiyi əməli törətməkdə ittiham edirlər. Bu barədə Tonoyanın vəkil qrupu bəyanat yayıb.

Ötən həftə Ermənistan Müdafiə Nazirliyinin satınalmalar prosesində yol verilən görünməmiş korrupsiya faktı üzrə açılmış cinayət işi üzrə keçmiş nazir Tonoyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, eləcə də silah tədarükünü həyata keçirən şirkətin direktoru Patron Davo ləqəbli Davit Qalstyan həbs edildilər.

Bəyanatda deyilir: “Tonoyan Ermənistanın Müdafiə naziri vəzifəsindən azad edildikdən sonra dövlət sirrini, Ermənistanın milli təhlükəsizlik və dövlətlərarası münasibətlərinin maraqlarını nəzərə alaraq şərhlərdən çəkinib. Cənab Tonoyan bu gün də bu maraqları şəxsi maraqlarından üstün tutur və böyük həcmdə informasiyaya sahib olaraq şəxsi müdafiəsi üçün ondan ictimai sahədə istifadə etmir”.

Tonoyan əmindir ki, xüsusi peşə bilikləri olan şəxslər tərəfindən aparılmış ekspertizanın nəticələri Ermənistan Silahlı Qüvvələri üçün “keyfiyyətsiz”, “texniki normalara uyğun gəlməyən” silah-sursat barədə iddialara əsaslandırılmış və qərəzsiz cavablar verəcək.

“Cənab Tonoyan ədalət naminə, günahsızlıq nüfuzunun bərpası üçün mübarizə aparacaq”, - deyə vəkillər yekunlaşdırıblar. Aydındır ki, bu bəyanatın dipnotlarında Nikol Paşinyana ünvanlanmış təhdidedici mesaj var ki, cinayət işi Davit Tonoyan üçün əlverişli istiqamətdə getməsə, o, hansısa andan etibarən ola bilər dövlət sirrinə göz yumsun və sahib olduğu informasiyanı yayımlasın.

Məlum olduğu kimi, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyana qarşı təəccüblü şəkildə ittiham irəli sürülməyib, halbuki orduda hər hansı satınalma Baş Qərargah rəisinin təsdiqi olmadan baş tuuta bilməz. Göründüyü kimi, Davit Tonoyan Paşinyanın onu həqiqətən də günah keçisinə çevirmək, müharibənin bir nömrəli günahkarı elan etmək qərarına gəldiyini başa düşüb və əks-hücuma keçmək qərarına gəlib.

Sirr deyil ki, erməni cəmiyyəti bənzər qalmaqallı şouları sevir. İlk andan belə görünürdü ki, Paşinyan bu qalmaqallı iş üzrə xalqı mənzərələrlə qidalandırmağa çalışır. Lakin istisna edilmir ki, o, həqiqətən də günah keçisi axtarır, axı biabırçı məğlubiyyətə görə hakimiyyətdən kimsə bu günə qədər məsuliyyətə cəlb edilməyib.

Əlbəttə, o bilir ki, ordunun komandir heyəti və xüsusilə də Tonoyan onunla bağlı qalmaqallı məlumatlara sahibdir. Lakin həyat göstərdi ki, generalitet danışmağa meyilli deyil, indi Davit Tonoyan hansısa şeyləri bildirsə də, məqam əldən verilib və çətin ki, bunlar Paşinyan üçün geridönməz nəticəyə, əhəmiyyətə sahib olsun.

Əvəzində o, piar üçün cinayət ortaqlarını qurban verə bilər. Gələcək inkişaflar Paşinyanın Tonoyanı şantaj etdiyini, yoxsa bununla belə öz piarını daha çox vurğulayacağını göstərəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tonoyan   Paşinyan  

Tonoyan Paşinyanı BQ rəisi ilə şantaj edir? - Qalmaqal dərinləşir

2020/11/image-1606208915.jpg
Oxunub: 668     11:21     15 Oktyabr 2021    

Bizi "telegram"da izləyin