Şuşanın işğaldan azad edilməsi ermənilərin dili ilə: “Ordu demək olar məhv edilmişdi”

2021/10/4445-1634208192.jpg
Oxunub: 7583     15:12     14 Oktyabr 2021    
“Min il də keçsə, Şuşanın süqutu naməlum qalacaq. Yüz il sonra Qars qalasının əslində necə süqut etdiyi naməlum qaldığı kimi. Şuşa məsələsi uzun illər müzakirə mövzusu kimi qalacaq, süqut etdi, yoxsa müdafiə etmədik, bilmirəm, Şuşa ilə bağlı çoxlu suallar var ki, mən də cavablarını tapmıram”.

Ordu.az xəbər verir ki, bunu “İravunk TV”nin verilişində 44 günlük müharibə günlərində Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi olmuş Artsrun Hovhannisyan Şuşanın işğaldan azad edilməsinə toxunarkən deyib.

“İravunk” yuxarıda qeyd olunan məsələ ilə bağlı qondarma qurumun Şuşadakı “nümayəndəsi” Artsvik Sarkisyandan şərh istəyib.

“Şuşanı ələ keçirdilər (azad edildi – red.), çünki qala şəhərinin qapıları rəqibin qarşısında açıldı. Mütəşəkkil müdafiə yox idi, əksəriyyəti məhz Daşaltıdan geri çəkilib, əgər o hissədən müdafiə etsəydilər, Daşaltıda onların qırğını olsaydı, rəqib Şuşaya çatmazdı. Bəli, oktyabrın 5-nə qədər dağ silsiləsinin üzərindən artilleriya, minaatan işləyirdi, yaxşı qırğın təşkil olunurdu, lakin ayın 5-dən sonra bizimkilər nədənsə bu minaatanı uzaqlaşdırdılar. Minaatan olsaydı, rəqibi, belə desək, yuvada boğmaq yerindəcə mümkün olardı”, - deyə o qeyd edib.

Jurnalist ona “Məhz Daşaltıdan qala şəhərinin qapıları rəqibin qarşısında açılıb?” sualını ünvanlayıb.

“Təkcə Daşaltıdan yox, həmçinin elektrik şəbəkəsinin yaxınlığında yerləşən İsa bulağının yanından. Mərhum qardaşım da daxil olmaqla oğlanlar orada əsgərlərlə 8 saat döyüş aparıb. Qardaşım mənə deyirdi ki, qardaş, bir dənə qumbaraatan olsa, bunları məhv edərik. Dedim ki, əlaqəyə çıx, de. Dedi ki, çıxıram, amma atəş açmırlar. Ora ən azı bir ədəd “snaryad” vursaydılar, dağılardılar. Belə çıxır ki, bəli, Şuşanın darvazalarını açıblar, əvvəlcə yola sahibləniblər, sonra 90 kilometr ayaqla gedərək Şuşanın arxasına çatıblar. Nizami ordu olsaydı, normal qoşun olsaydı, bu gün burada olmazdıq. Doğrudur, müdafiə ordusu demək olar məhv edilmişdi, lakin komplektləşdirmək olardı, deyilmi? Hətta silahla işləməyi belə bilməyən bir ayın qulluqçularını gətirib ön xətdə dayandırırdılar. Yenə deyirəm: Şuşanın müdafiəsi düzgün təşkil edilsəydi, əlbəttə, onu təhvil vermək mümkün deyildi. 1992-ci ildə 1700 nəfər türk Daşaltıya hücum etmişdi, lakin bir qarış belə irəli gəlməmişdilər”, - deyə Sarkisyan qeyd edib.

O bildirib ki, Şuşada nizami qoşun olmayıb, yalnız rezerv qoşunu və səfərbərlik olub.

“O da ayın 5-dən sonra çıxmağa hazır idilər, çünki birinin dostu ölmüşdü, o biri irəliləyişə inanmırdı, digəri sadəcə qaçırdı. Heç kim döyüşmək əhval-ruhiyyəsində deyildi, bütün bunların buna gətirib çıxaracağı aydın idi. Nizami ordu olsaydı, əminəm ki, başqa cür olardı”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şuşa   Daşaltı   Azadlıq  

Şuşanın işğaldan azad edilməsi ermənilərin dili ilə: “Ordu demək olar məhv edilmişdi”

2021/10/4445-1634208192.jpg
Oxunub: 7584     15:12     14 Oktyabr 2021    

Bizi "telegram"da izləyin